Dərc edildi: Baxış sayı: 179
Ermənistanın KTMT PA-dakı nümayəndələri Belarus parlament seçkilərini izləməkdən imtina ediblər
Ermənistanın KTMT Parlament Assambleyasındakı nümayəndələri Belarus parlament seçkilərinə müşahidəçi qismində gəlməyiblər.
Ens.az Apa.az-a istinadən xəbər verir ki, bu barədə KTMT PA koordinatoru Əlişir Erbayev məlumat verib.
“Ermənistandan başqa, bütün KTMT üzvlərinin müşahidəçiləri var. Bildiyiniz kimi, KTMT PA kollegial orqandır. Ermənistan nümayəndələri belə bir ictimai-siyasi tədbirdə iştirak etməli idilər, lakin bu, onların seçimidir”, - deyə Erbayev bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət