Dərc edildi: Baxış sayı: 471
Ermənistandan Türkiyəyə dialoq təklifi
“Ermənistan Türkiyə ilə ilkin şərt olmadan dialoq qurmağa hazırdır”.
Metbuat.az xəbər verir ki, Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan mətbuat konfransında belə bir açıqlama verib. Eyni zamanda o, Ankaranın Ermənistanı blokadada saxladığını, guya bunun ədalətsiz yanaşma olduğunu iddia edib:
“Türkiyə Surix müqaviləsini rədd edir. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi subyektivdir. Erməni soyqırımını tanımır. Ermənistanı blokadada saxlayır. Bütün bunlara rəğmən, Türkiyə ilə ilkin şərt olmadan diplomatik əlaqələr qurmağa hazırıq”.
Diplomatın sözlərinə görə, hazırki vəziyyətdə Ankaranın İrəvanla diplomatik əlaqə qurmaqda maraqlı olmasına dair müsbət işarə yoxdur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət