Dərc edildi: Baxış sayı: 576
Ermənistandan növbəti Qarabağ açıqlaması - “Konkret qərar yoxdur”
“Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan və Ermənistan rəhbərləri arasında heç bir danışıq olmayıb”.
“Qafqazinfo” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyanın mətbuat katibi Vladimir Karapetyan bildirib.
“Düşünürəm ki, yaxın vaxtlarda xarici işlər nazirlərinin səviyyəsində növbəti görüş keçiriləndə ən yüksək səviyyədə danışıqlar məsələsi aydın olacaq. Hazırkı mərhələdə heç bir konkret qərar yoxdur”, - deyə o, söyləyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət