Dərc edildi: Baxış sayı: 189
Ermənistandan Moskvaya ŞOK ZƏRBƏ - Rus TV-lər dayandırılır
Ermənistanda Rusiyanın “Birinci kanal”, “RTR Planeta” və “Rossiya Kultura” kanalının açıq yayımına məhdudiyyət tətbiq olunub.
Ens.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Prezidenti Armen Sərkisyan media haqqında qanun imzalayıb.
Qanuna əsasən, bundan sonra Ermənistan ərazisində sözügedən kanallar pullu yayımlanacaq.
Yalnız "Mir" telekanalının açıq yayımına icazə veriləcək.
Qeyd edək ki, Ermənistanda hazırda Rusiyanın “Pervıy Kanal”, “RTR Planeta”, “Rossiya. Kultura” və dövlətlərarası televiziya kanalı “Mir” yayımlanır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət