Slimfit
  1. CƏMİYYƏT

Ermənistandan Azərbaycana qaytarılan əsgər səhhətindən DANIŞDI

Ermənistandan Azərbaycana qaytarılan əsgər səhhətindən DANIŞDI
Sakura

Ermənistandan Azərbaycana qaytarılan əsgər səhhətindən DANIŞDI

“Səhhətim normaldır, özümü yaxşı hiss edirəm. Vətənə geri qayıtdığıma görə çox xoşbəxtəm”.

Ens.az Apa.az-a istinadən xəbər verir ki, bunu Ermənistandan Azərbaycana gətirilən əsgər Ruslan Pənahov hava limanında jurnalistlərə açıqlamasında deyib.

O, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə təşəkkür edib.

Xatırladaq ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, bu il fevralın 28-də səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

Daha Sonra Ermənistan İstintaq Komitəsi onun Cinayət Məcəlləsinin “sərhədi qanunsuz keçmək”, “silah gəzdirmək” və s. maddələri ilə ittiham olunduğunu bildirib.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin martın 4-də yaydığı məlumatda onun Azərbaycana təhvil verilməsi ilə bağlı qərar qəbul olunduğu bildirilib.

Qeyd edək ki, o, bu gün Vətənə qaytarılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR