Slimfit
  1. SİYASƏT

Ermənistanda verilmiş arayışda qeyd: “Şuşa Azərbaycandır!”

Ermənistanda verilmiş arayışda qeyd: “Şuşa Azərbaycandır!”
Sakura

Ermənistanda verilmiş arayışda qeyd: “Şuşa Azərbaycandır!”

Ermənistanın baş naziri Nikol Paşinyanın bütün razılaşmalardan imtinasından və Ermənistanın Xarici İşlər naziri Zohrab Mnatsakanyanın Yerevanın artıq Qarabağ məsələsini həll etməsi ilə bağlı “sərt açıqlaması”ndan (erməni analitik Akop Badalyanın adlandırdığı kimi) sonra danışıqların sürətlə davam etməsinə inanmaq çətin idi.

Bunu yuxarıda adı çəkilən Zohrab Mnatsakanyan da təsdiqləyib. Bu həftə ölkə parlamentində çıxışı zamanı o, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşün planlaşdırılmadığını açıqlayıb.

May ayında münaqişənin həllində irəliləyişin olmamasını Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da qeyd edib.

İndi təkcə erməni tərəfinin danışıqlar aparmaq istəməməsindən deyil, həm də tam hazırlıqsızlığından bəhs edə bilərik. Güc strukturlarında kadr dəyişiklikləri, ittiham dəlilləri müharibəsi, Qarabağ xətti boyunca parçalanma - “müstəqil” hesab etmək, yaxud onu Ermənistana “birləşdirmək”?

Bundan əlavə, Ermənistan hakimiyyətinin problemlə ümumiyyətlə mübarizə aparmadığı, onun uğursuzluğunu tamamilə ifşa edən koronavirus meydana çıxdı. Mübarizəni ona görə aparmırlar ki, bunu istəmirlər, sadəcə, bacarmırlar. Artıq həm Gürcüstan, həm də Rusiya Ermənistana humanitar yardım və həkim göndərir. Nikol Paşinyan özü xəstə olduğunu bildirmişdi. Heç kim ona inanmadı və buna görə də, o, rekord müddətdə - bir həftəyə sağaldı. Bəlkə də “Armenikum” qəbul edib - Ermənistanda icad edilən, QİÇS xəstələrini müalicə edən belə bir dərman var idi. Düzdür, onu qəbul edənlər çoxdan ölüblər.

Beynəlxalq aləmdə də hər şey qaydasında deyil. Elə bircə Avropa Parlamenti deputatlarının Ermənistanla işğal olunmuş Qarabağ arasında yeni yol tikintisi ilə bağlı sərt bəyanatı nəyə desən dəyər. “...Bu yolun inşası barədə qərar beynəlxalq hüquqa zidd olaraq, Azərbaycanın səlahiyyətli orqanlarının razılığı olmadan qəbul edilib. Bundan əlavə, bu, Dağlıq Qarabağın və ətraf ərazilərin qanunsuz işğalıni simvolik olaraq möhkəmləndirə bilər”, - mətndə qeyd olunur.

Başqa çox xarakterik bir nümunə. Söhbət “Norka” yoluxucu xəstəliklər klinikasının Rusiyadan gəlmiş, işğal altındakı Qarabağda yaşayan Ermənistan vətəndaşına Şuşadakı xəstəxanada təcrid olunmaq üçün verdiyi sənəddən gedir: “Təcrid yeri: Azərbaycan, Şuşa şəhəri”.

Ermənistandakı güc sisteminin tamamilə çökməsi fonunda erməni vətənpərvərləri, fəallar və vəzifəli şəxslər, bir müddət əvvəl Ermənistan müdafiə nazirinin müavini Qabriel Balayan kimi Azərbaycanı yalnız qabaqlayıcı formada təhdid edərək özlərinə təsəlli verə bilərlər.

Hətta ən barışmaz erməni fəallarından olan Samvel Aslikyan da erməni tərəfinin heç də yaxşı vəziyyətdə olmadığını etiraf edir. O, Qarabağın “müstəqilliyini” “bizi (erməniləri – red.) uçuruma aparan bir oyun” adlandırıb.

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Artıq qorxmağa ehtiyac yoxdur

Redaktor seçimi

SON XƏBƏRLƏR