Slimfit
  1. DÜNYA

Ermənistanda qanunverici hakimiyyət darmadağın olur - Paşinyanın deputatlarından ŞOK HƏRƏKƏT

Ermənistanda qanunverici hakimiyyət darmadağın olur - Paşinyanın deputatlarından ŞOK HƏRƏKƏT
Sakura

Ermənistanda qanunverici hakimiyyət darmadağın olur - Paşinyanın deputatlarından ŞOK HƏRƏKƏT

Ermənistan parlamentinin "Mənim addımım" fraksiyasının üzvləri - Qayane Abrahamyan və Lusine Badalyan, həmçinin Taquhi Tovmasyan və baş nazirin birinci müavininin aparat rəhbəri Varaq Siseryan mandatlarından imtina edib.

Publika.az xəbər verir ki, bu barədə deputatlar özləri məlumat yayıb.

Abrahamyan qeyd edib ki, bu günlərdə vəziyyəti yumşaltmaq üçün səy göstərməyə çalışıb. Lakin kapitulyasiya bəyanatının imzalandığı andan etibarən Ermənistan parlamentinin deputatı kimi fəaliyyətini başa çatmış hesab edir. O, çoxsaylı səhvlərə görə üzr istəyib.

Taquhi Tovmasyan üzvü olduğu siyasi komandanın səhv ardınca səhv etdiyinə inanır. Bütün bunları anlamaq və dialoq yolu ilə vəziyyəti yumşaltmaq əvəzinə, əksinə, dövlətin əsaslarını sarsıdan addımlar atdığını bildirib.

Varaq Siseryan və Lusine Badalyan isə gedişlərini baş nazirin son postu ilə razılaşmamaqla izah edib.

Qeyd edək ki, baş nazir Nikol Paşinyan 10 noyabrda Azərbaycan və Rusiya prezidentləri ilə birgə üçtərəfli bəyanat imzalamış və bu haqda prezident daxil olmaqla, ölkədə heç kəsə məlumat verməmişdi.

Xatırladaq ki, "Mənim addımım" fraksiyasının bir neçə üzvü də bundan əvvəl mandatından imtina etmişdi.

Zümrüd

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR