Dərc edildi: Baxış sayı: 219
Ermənistanda partiya binası yaxınlığında partlayıcı qurğu aşkar edildi
İrəvanda hakim “Mülki müqavilə” fraksiyasının üzvü Qurgen Arsenyanın rəhbərlik etdiyi partiyanın binası yaxınlığında partlayıcı qurğu aşkar edilib.
Ens.az Apa.az-a istinadən xəbər verir ki, polisə saat 20:30 radələrində Gülbenkyan küçəsində yerləşən binanın yaxınlığında partlayıcı qurğu qoyulması barədə məlumat daxil olub.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları bombanı zərərsizləşdirərək təhlükəsiz yerə daşıyıblar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət