Dərc edildi: Baxış sayı: 419
Ermənistanda nazirliklərin sayı 8-10-dək azaldılacaq
Ermənistanda nazirliklərin sayı 8-10-dək azaldılacaq.
“Report” “Hraparak”a (“Meydan”) istinadən xəbər veri ki, bunu hökumətdəki mənbə bildirib.
Məlumata görə, oxşar funksiyaya malik nazirliklər birləşdiriləcək. Əmək və sosial məsələlər, səhiyyə, idman və gənclərlə iş üzrə və mədəniyyət nazirliklərinin birləşdiriməsi, yaxud ləğv ediləcəyi gözlənilir. Diasporla İş üzrə Nazirlik isə bundan sonra Xarici İşlər Nazirliyinin tərkibində fəaliyyət göstərəcək. Bundan başqa güc nazirliklərinin sayının da azaldılacağı gözlənilir.
Qeyd edək ki, hazırda Ermənistanda 18 nazirlik var.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət