Dərc edildi: Baxış sayı: 1106
Ermənistanda fəaliyyət göstərən GMS Telefon Operatoru bugün Bakıya gəlir
Mərkəzi ofisi İsveçrədə yerləşən GMS şirkəti Bakıya gələrək yerli mobil şirketlerle müqavilə imzalamağa hazırlaşır. Bu gün bu şirkətin nümayəndələri Bakıya gələrək, yerli mobil şirkətlərlə müqaviləyə imza atacaq və Azərbaycanın ən böyük mobil operatorlarından olan Azercell ilə olan müqaviləsini uzadacaqdır. Əgər biz GMS şirkətinin əsas rəsmi səyfəsinə baxsaq, eyni zamanda həm Azercell, həm də ArmenTel ilə müqaviləsi olduğunu görərik. Qeyd edək ki, GMS şirkərti Ermənistanda da,fəaliyyət göstərməkdədir. Bu şirkətin Ermənistanın əsas mobil şirkəti ArmenTel ilə də uzunmüddətli müqavilələri var/
Bu məlumatı Moderator.az saytına politoloq, Beynəlxalq İnsan Hüquqları Üzrə Müdafiə Komitəsinin Azərbaycan üzrə direktor müavini Elçin Axundzadə verib. Elçin Axundzadə bildirir ki, hakim dairələr, aidiyyatı qurumlar bu məsələyə müdaxilə edərək Ermistanda fəaliyyət göstərən bir şirkətin Azərbaycanla müqavilə imzalamalarına yol verməməlidirlər.
Politoloq öz müraciətində bildirdi ki, əgər GMS mobil şirkəti ArmenTel ilə iş qurursa, deməli Azərbaycana təxribat məqsədi ilə gəlir. ArmenTel eyni zamanda Qondarma Dağlıq Qarabağ Muxtar vilayəti ilə də müqavilələr imzalayıb. ArmenTel ilə müqavilə imzalaması GMS şirkətinin Qondarma Dağlıq Qarabağ Rejimini tanıması anlamına da gəlmirmi? Nə üçün bu şirkətin Azərbaycanda fəaliyyətinə yol verilməlidir? Əgər bunun arxasında hər hansı bir şəxsi məqsəd durursa, bu yol verilməzdir. İnsanın şəxsi məqsədləri heç vaxt vətəninin və millətinin milli mənafeyini tapdalamamalıdır.
Bu şirkətin öz rəsmi səhifəsində Armen Tel ilə müqaviləsini asanlıqla görmək olar. Bu isə bizim üçün heç də xoş deyil. Ümüd edirəm ki, tezliklə bu məsələyə aidiyyatı orqanlar tərəfindən baxılacaq və birliyimizə, Azərbaycanın güclü inkişafına əngəl olmaq istəyən bu cür şirkətlərin Azərbaycanda fəaliyyətinə yol verilməyəcəkdir. Müraciətimə baxılmadığı təqdirdə cənab prezidentimizə və birinci vitse prezidentə bu barədə müraciət ünvanlayacam.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət