Ermənistanda ciddi internet problemi yaşandı! - Gürcüstandan keçən kabel kəsildi...
Ermənistanda fəaliyyət göstərən "Ucom" internet-provayderi bu gün- 4 fevral saat 10: 00-dan problem və səhvlərlə işləməyə başlayıb.
Moderator.az xəbər verir ki, bu haqda erməni saytlarından biri məlumat yayıb. Məlumatda deyilir ki, işğalçıı ölkədə internetə çıxışda xeyli problemlər yaşanıb. Bununla bağlı "Ucom" bəyanatla çıxış edib.
"Hal-hazırda "Ucom" beynəlxalq kanalları ilə bağlı problem var. O cümlədən Gürcüstanla sərhəddə kabel kəsilib. Hər iki ölkədən məsul mütəxəssislər kabelin yenidən bərpa olunması və normal iş kursunu davam etdirmək üçün çalışırlar. Hazırda ehtiyat kabellər işləyir. Yaranmış problemlərə görə müştərilərdən üzr istəyirik”,- internet-provayderin bəyanatında belə deyilir.
Qonşu Gürcüstandan işğalçı ölkəyə keçən internet kabelinin hansı səbəbdən; qəsdən və ya digər səbəblərdən kəsilməsi haqda hələki məlumat verilmir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət