Slimfit
  1. SİYASƏT

Ermənistanaı hərbi avadanlıqları pulsuz verən ölkələr Azərbaycanın ən böyük düşmənləridir - QHT sədri

Ermənistanaı hərbi avadanlıqları pulsuz verən ölkələr Azərbaycanın ən böyük düşmənləridir - QHT sədri
Sakura

Ermənistanaı hərbi avadanlıqları pulsuz verən ölkələr Azərbaycanın ən böyük düşmənləridir - QHT sədri

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi keçirilən debatlarında çıxışına ilk olaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövzusundan başlaması və çıxışının çox hissəsini bu mövzuya həsr etməsi dünya dövlətlərinə bir daha sübut etdi ki, Azərbaycan öz ərazi bütövlüyünün bərpasından heç vaxt imtina etməyəcəkdir və bu münaqişə Azərbaycanın ən həssas, prioritet məsələsidir.

Nə qədər ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası təmin edilməyəcəkdir, işğalçı ölkə beynəlxalq hüququn norma və prinsiplərini pozaraq Azərbaycana qarşı davamlı olaraq atəşkəsi pozacaqdır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etməsinə baxmayaraq, 30 ildir bu tələbə əməl edilmir. Üstəlik Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşdırma siyasəti aparan Ermənistanın əməllərinə səssiz qalaraq sanki onlara dəstək olurlar. Cənab Prezident çıxışında bir daha xatırlatdı ki, “Qeyri-qanuni məşkunlaşdırma 1949-cu ilin Cenevrə Konvensiyası daxil olmaqla, beynəlxalq hüququn ciddi pozulmasıdır. Bu, müharibə cinayətidir. Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz məskunlaşdırmanın hüquqi qüvvəsi ola bilməz.”

Ermənistanın qanunsuz məskunlaşdırma siyasətinə, dövlətimizə hərbi güc tətbiq etməsinə göz yuman beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünün bərpasına ədalətli qərar verməyənədək heç bir beynəlxalq hüququn aliliyindən danışa bilməzlər.

Bu gün dünya dövlətlərinin əksəriyyəti işğalçı dövlətin Azərbaycana qarşı bir sıra müharibə və insanlıq əleyhinə cinayətlər törətdiyindən və Ermənistanın BMT Nizamnaməsini kobud şəkildə pozmasından xəbərdardır. Bəs niyə bu ədalətsizliyə beynəlxalq təşkilatlar göz yumur? Azərbaycan kimi beynəlxalq hüququn norma və prinsiplərinə sadiq qalan, əməl edən bir dövlətə qarşı olunan təcavüz demək ki, beynəlxalq təşkilatların ürəyincədir. Ermənistan kimi cılız bir “dövlətin” bu gün  BMT Nizamnaməsini, beynəlxalq hüququ pozması həmin təşkilatların zəif fəaliyyətindən və ya fəaliyyətsizliyindən xəbər verir. Əks halda işğalçı dövlət  bu gün Azərbaycana qarşı “hegemonluq” nümayiş etdirə bilməzdi.

Ermənistanın işğal olunmuş ərazilərimizdə qanunsuz olaraq təbii ehtiyatlarımızı istismar etmələri və Azərbaycanın işğal altında olan ərazilərində qızıl və digər qiymətli metal və minerallar hasil edib onları dünya bazarlarına ixrac etməsi hansı beynəlxalq hüquq normalarına uyğundur? Ermənistanın qanunsuz biznes fəaliyyətinə də nədənsə göz yumulur. Əgər Azərbaycan Ermənistanın torpaqlarını işğal etmiş olsaydı, bu gün beynəlxalq təşkilatlar dövlətimizi darmadağın etmiş olardılar. Azərbaycan xalqını terrorçu, cinayətkar, işğalçı adlandırardılar. Beynəlxalq hüquq və qanun hər bir dövlətə şamil olunmalıdır. Hüquq normaları və prinsiplər bütün dünya dövlətləri üçün eyni olmalıdır. Lakin bu gün işğalçı dövlət olan Ermənistana qarşı heç bir sanksiyalar tətbiq olunmur. Beynəlxalq təşkilatların laqeydliyinin, səssiz qalmağının nəticəsidir ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində cinayətkar, terrorçu, qondarma rejim yaratmışdır.

Cənab İlham Əliyev qətiyyətli mövqeyini bir daha dünya ictimaiyyətinə çatdıraraq söylədi ki, “Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan silahlı qüvvələrinin qanunsuz mövcudluğu regional sülhə və təhlükəsizliyə böyük təhdiddir. Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə həyata keçirilən sülh prosesini pozmağa cəhd edir. Ermənistanın məqsədi işğalla bağlı hazırkı status-kvonu qorumaq və işğal edilmiş ərazilərin ilhaqına nail olmaqdır. Azərbaycanın konstruktiv mövqeyinə zidd olaraq, Ermənistanın baş naziri məqsədyönlü şəkildə danışıqlar prosesinin format və mahiyyətini sarsıdır. Onun “Qarabağ Ermənistandır” bəyanatı danışıqlar prosesinə ciddi zərbədir. Onun qəbuledilməz “yeddi şərti” tərəfimizdən rədd edilmişdir. Bizim sülhə nail olmaq üçün yeganə şərtimiz var. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır.”

Ermənistanın davamlı olaraq hərbi təxribatlara əl atmasının səbəbkarı və günahkarı onlara dəstək olan ölkələrdir. Burada belə qənaətə gəlmək olar ki, Azərbaycanın sürətli inkişafı, dünyadakı nüfuzu sadəcə Ermənistanı deyil bir çox böyük dövlətləri narahat etməkdədir. Həmin dövlətlərin amalı Ermənistanın əliylə Azərbaycanı vurmaqdır. Hər kəsə məlumdur ki, Ermənistan dünyanın ən yoxsul ölkələrindən biridir və silahlara milyardlarla dollar xərcləmək imkanına malik deyil. Bu gün Ermənistanı min tondan artıq hərbi avadanlıqla pulsuz təmin edən ölkələr Azərbaycanın ən böyük düşmənləridir. Həmin ölkələr işğalçı ölkəni müxtəlif silahlarla təchiz etməklə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh danışıqlarına mənfi təsir göstərirlər. Bu da onu deməyə əsas verir ki, həmin dövlətlər Ermənistan-Azərbaycan müharibəsinin başlaması üçün səy göstərirlər. Çünki Azərbaycanın sabit, müasir, demokratik və multikultural dövlət olması, dövlətimizin siyasi sisteminin günü-gündən gücləndirilməsi və Azərbaycanın dayanıqlı inkişafı üçün aparılan uğurlu siyasət düşmən ölkələri ciddi şəkildə təşvişə salıb. Lakin dövlətimiz bu düşmənçiliklərdən, işğaldan sınmayaraq qüdrətli, güclü, nüfuzlu dövlət yaratmağa müvəffəq olmuşdur.  Sonda məqaləmi dövlət baçımızın çıxışında söylədiyi bir neçə cümlə ilə tamamlamaq istərdim. “Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaqdır. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam şəkildə bərpa edilməlidir. Dağlıq Qarabağ qədim və tarixi Azərbaycan torpağıdır. Qarabağ Azərbaycandır!”

Lamiyə İsazadə,
“Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” Birliyinin sədri,
yazıçı-publisist, Prezident Təqaüdçüsü

 

 

Mənbə: Modern.az 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR