Slimfit
  1. AZƏRBAYCAN

Ermənistana qan udduran Azərbaycanın xüsusi qrupu - Əməliyyatların şok detalları

Ermənistana qan udduran Azərbaycanın xüsusi qrupu - Əməliyyatların şok detalları
Sakura

Ermənistana qan udduran Azərbaycanın xüsusi qrupu - Əməliyyatların şok detalları

Bu gün Ermənistana ağır kiber zərbələr endirməklə tanınan Azərbaycanın ilk haker komandalarından biri “Anti-armenia Team” qrupunun fəaliyyətə başlamasının 7-ci ildönümü tamam olur.

Qrupdan Publika.az-a verilən məlumata görə, “Anti-armenia Team” bu yaşına qədər haker qrupu üçün vacib əhəmiyyət kəsb edən bütün istiqamətlərdə - həm təşkilati, həm də kiberhücum əməliyyatları baxımından yüksək nəticələr əldə edib.

“19 oktyabr 2011-ci il tarixində bir qrup vətənpərvər azərbaycanlı hakerlər tərəfindən yaradılmış “Anti-armenia Team” qrupu yarandığı gündən əsas hədəfi Azərbaycanın milli maraqlarına zidd olan və ölkəmiz haqqında yanlış fikir formalaşdırmağa çalışan informasiya resurslarına qarşı mübarizə aparmaqdır. Azərbaycana və azərbaycanlılara qarşı törədilmiş soyqırımıları, ədalətsizlikləri, vandalizmi, erməni terrorizmini, erməni vəhşiliyini dünya kütləsinə çatdırmaq qrupun fəaliyyət istiqamətidir. Həmçinin, “Anti-armenia Team” qrupu Azərbaycan informasiya resurslarının təhlükəsizliyinin təmini ilə bağlı saytlara təmənnasız xidmət göstərməkdədir. Müasir dövrdə kiber müharibənin böyük əhəmiyyət kəsb etməsi günümüzün reallığıdır və kiber müharibənin III Dünya savaşının mühüm komponenti kimi dəyərləndirilməkdədir. Bu baxımdan, Azərbaycana qarşı düşmən mövqeyindən çıxış edən hər bir informasiya resursunun sıradan çıxarılması, bu resurslara kiber hücumun təşkili qrup üçün mühüm əhəmiyyət kəsb edir. Hətta 2016-cı ildə bir neçə təşkilatlar “Anti-armenia Team” haker qrupunun dövlət tərəfindən dəstəklənməsi təklifi ilə çıxış ediblər. Qrup fəaliyyət göstərdiyi dövrdə bir çox irimiqyaslı kiber-əməliyyatlar nəticəsində Ermənistana məxsus dövlət və özəl informasiya resurslarını sıradan çıxarmış, çox mühüm və məxfi informasiyalar əldə edibdir”, - deyə məlumatda bildirilir.

“Anti-armenia Team” qrupunun indiyə qədər Ermənistana vurduğu ağır zərbələrin bir neçəsini təqdim edirik:

- 2012-ci ildə keçirilmiş “31 MART” kod adlı əməliyyat zamanı işğalçı ölkənin 816 informasiya resursu sıradan çıxarılıb.

- 2013-cü ildə Ermənistanın Daxili İşlər Nazirliyinin informasiya ehtiyatlarına müdaxilə edilərək həmin informasiya ehtiyatlarından nazirliyə məxsus 1.44 GB həcmində məlumat bazası ələ keçirilib. Ermənistanın mobil operatorlarının abunəçi bazaları, Daxili İşlər Nazirliyinə məxsus ümumvətəndaş pasportlarının bazası, avtomobillərin qeydiyyat nişanlarının bazası, habelə əhalinin qeydiyyat məlumatlarını özündə əks etdirən informasiya bazası da qrup tərəfindən ələ keçirilib.

- 2016-cı ildə keçirilmiş “20 YANVAR” kod adlı əməliyyatda Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi saytı, səfirliklərin, habelə beynəlxalq təşkilatların saytları daxil olmaqla ümumilikdə 47 sayt sıradan çıxarılaraq, həmin saytlarda 20 Yanvar faciəsi ilə bağlı informasiya, foto və video materiallar yerləşdirilib.

- 2016-cı ilin avqust ayında “Anti-armenia Team” tərəfindən keçirilən böyük kiber-əməliyyat nəticəsində düşmənin dövlət strukturlarına, hüquq-mühafizə orqanlarına çox ciddi zərbə endirilərək, həmin qurumlara məxsus böyük həcmli məxfi informasiyalar ələ keçirilib, düşmən ölkənin Milli Təhlükəsizlik Nazirliyinin serverlərinə kənar müdaxilə edilərək həmin informasiya ehtiyatlarından tam məxfi informasiyalar götürülübdür. Əldə olunmuş informasiyalar arasında Ermənistana səfər edən xarici vətəndaşlar haqqında məlumatlar da aşkar edilərək götürülübdür.

- 26 iyun 2018-ci il tarixində keçirilmiş geniş miqyaslı kiber hücum nəticəsində “Anti-armenia Team” tərəfindən Ermənistan parlamentinin, habelə Ermənistanın bütün nazirliklərinin və dövlət təşkilatlarının istifadəsində olan vahid Elektron Sənəd Dövriyyəsi sistemi sıradan çıxarılıbdır. Həmin resurslarda “Ali Baş Komandanım, Generalım, Zabitim, Əsgərim, Müstəqil Azərbaycanım! Müstəqil Ordum! Bayramın Mübarək! 100 İllik Şərəf Yolun, Müqəddəs Yolun Mübarək!” sözləri və Azərbaycanın 3 rəngli dövlət bayrağı yerləşdirilibdir.

Qrupun fəaliyyəti sadalanan kiber-hücum əməliyyatlarla bitməməkdədir və “Anti-armenia Team” qrupu hər zaman Azərbaycanın və Azərbaycan xalqının milli mənafeyinə təhlükə ola biləcək informasiya resurslarına qarşı mübarizədə aktiv iştirak etməkdədir.

“7 illik uğurlu yol qət edən “Anti-armenia Team” qrupu bundan sonra da Azərbaycan və Azərbaycan xalqının milli mənafeyini qoruyacaq, Azərbaycana qarşı əks mövqe sərgiləyən hər bir fərd və ya təşkilatlarla mübarizə aparacaqdır. Çünki “Anti-armenia Team” qrupunun fəaliyyəti maraq deyil, şərəf məsələsidir”, - qrup bəyan edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR