Ermənistan və Ukraynada şantajçı-botlardan on milyonlarla avro qazanan fırıldaqçılar saxlanılıblar
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, Ermənistan və Ukraynada Avropanın ən böyük bot şəbəkəsini idarə edən və Avropa İttifaqı (Aİ) vətəndaşlarından pul tələb edən kibercinayətkarlar saxlanılıblar.
Məlumata görə, fırıldaqçılardan biri Ermənistanda, üçü isə Ukraynada yaxalanıb. Qeyd olunur ki, şübhəli şəxslərdən biri şantajçı-botları ilə portalların icarəsindən təxminən 69 milyon avro (127 milyon manat) qazanıb.
Təhlükəsizlik qüvvələri bot şəbəkələrini dağıtmaq üçün 100-dən çox serveri bağlayıb və 2000-dən çox domeni nəzarətə götürüb. Bu əməliyyat bir sıra Aİ ölkələri, ABŞ və Ukraynanın hüquq-mühafizə orqanlarının əməkdaşlarının iştirakı ilə baş tutub və "Final" adlandırılıb. Bu, indiyə qədər kibercinayətkarlığa vurulan ən güclü zərbə adlandırılıb.
Qeyd edək ki, fırıldaqçılar tərəfindən istifadə edilən botlar zərər vurmaq məqsədilə insanların cihazlarına qoşulmaq üçün zərərli proqramlardan istifadə ediblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət