Dərc edildi: Baxış sayı: 1220
Ermənistan silahlı qüvvələri Gədəbəy rayonu istiqamətində mövqelərimizi atəşə tutdu - RƏSMİ
İyulun 9-da saat 21:05 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu ərazisində yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndi istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət