Slimfit
  1. SİYASƏT

“Ermənistan regionda vəziyyətin qəsdən gərginləşməsinə yönəlmiş siyasət yürüdür” - Sahibə Qafarova

“Ermənistan regionda vəziyyətin qəsdən gərginləşməsinə yönəlmiş siyasət yürüdür” - Sahibə Qafarova
Sakura

“Ermənistan regionda vəziyyətin qəsdən gərginləşməsinə yönəlmiş siyasət yürüdür” - Sahibə Qafarova

Ermənistanın Avropa İttifaqının missiyasının bu ölkədə olmasından sui-istifadə etməsi və vəziyyətin qəsdən gərginləşməsinə yönəlmiş siyasət yürütməsi aydın müşahidə olunur.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova aprelin 14-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilən MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının 55-ci plenar iclasında çıxışı zamanı səsləndirib.

O deyib ki, Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri Azərbaycan-Ermənistan sərhədi boyunca və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində atəşkəs rejimini pozmaqda davam edir: "Bu da insan tələfatına səbəb olur".

Spiker üç gün əvvəl Ermənistanın sərhəddə növbəti hərbi təxribat törətdiyini və nəticədə üç azərbaycanlı hərbçinin həlak olduğunu diqqətə çatdırıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR