Slimfit
  1. AZƏRBAYCAN

Ermənistan prezidenti Azərbaycanın Talış kəndinə gəldi- “Bura erməni torpağıdır!”- dedi...

Ermənistan prezidenti Azərbaycanın Talış kəndinə gəldi- “Bura erməni torpağıdır!”- dedi...
Sakura

Ermənistan prezidenti Azərbaycanın Talış kəndinə gəldi- “Bura erməni torpağıdır!”- dedi...

 
“Talış kəndi min illərdir ki, erməni torpağıdır, Talış - bütün erməni xalqı deməkdir”. 
 
Moderator.az xəbər verir ki, Xankəndindəki separatçı nəşrlərin yaydığı məlumata görə,  Kəlbəcərin işğalının 26-cı və Aprel döyüşlərinin 3-cü ildönümündə bu bəyanatla Azərbaycan Respublikası Tərtər rayonunun  işğal altındakı  Talış kəndində işğalçı ölkə prezidenti Armen Sarkisyan çıxış edib. 
Dünən -aprelin 1-dən Azərbaycan Respublikasının dövlət sərhədini növbəti dəfə pozaraq işğal altındakı torpaqlarımızda qanunsuz səfərdə olan Ermənistan prezidenti separatçı-terrorçu rejimin başçısı Bako Saakyanla birlikdə Tərtər rayonunun  "Maqavuz", yaxud  “Madaqiz” adlandırılımış Suqovuşan kəndinin “azad edilməsi”nin (oxu: işğal edilməsinin) 26-cı ildönümü ilə bağlı həmin məntəqədə olub.  A.Sarkisyan burada çıxış edərək “Maqavuz”un strateji əhəmiyyətindən danışıb və bir qrup erməni işğalçı hərbçisini mükafatlandırıb. A. Sarkisyan Aprel döyüşlərində bu kənddə gəbərmiş 17 erməninin "şərəfi"nə abidənin açılışında da iştirak edib. 
Sonra işğalçı və separatçı rejim rəhbərləri Azərbaycanın işğal altındakı Talış kəndinə gəliblər. Talış kəndini "qədim erməni torpağı" adlandıran A.Sarkisyan burada “qalib döyüşçülərin əhatəsində olmasından qürur duyduğunu”, “Talışda özünü bütün dünya ermənilərinin əhatəsində hiss etdiyini” vurğulayıb....
İşğalçı dövlət başçısı Azərbaycan torpaqlarındakı erməni hərbçilərlə qısa müşavirə də keçirib.
 
Xatırladaq ki, 3 il öncəki Aprel müharibəsi zamanı gərgin döyüşlər əsasən Talış və Suqovuşan kəndləri ətrafında olub. Müdafiə Nazirliyinin məlumatına görə,  həmin savaşlarda Azərbaycan hərbçilərinin rəşadəti sayəsində Talış kəndi yaxınlığındakı bir neçə strateji yüksəklik azad edilib.
 
P.S Görəsən Paşinyanla yanaşı, prezident Armen Sarkisyanla da görüşsək, torpaqlarımızı qaytararlar?..
 
Sultan Laçın
 
 
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

2014 MU69/Ultima Thule asteroidi - kosmik gəmilərin nə vaxtsa ziyarət etdiyi ən uzaq obyekt. Bu şəkil New Horizons aparatı tərəfindən çəkilib və 6,5 milyard məsafəyə ötürülmüşdür.

Redaktor seçimi

SON XƏBƏRLƏR