Slimfit
  1. GÜNDƏM

Ermənistan Müdafiə Nazirliyi Qubadlını itirdiyini etiraf edib

Ermənistan Müdafiə Nazirliyi Qubadlını itirdiyini etiraf edib
Sakura

Ermənistan Müdafiə Nazirliyi Qubadlını itirdiyini etiraf edib

Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Hovhannisyan Azərbaycan ordusunun bir gün əvvəl Qubadlını aldığını etiraf edib.

"Dünən axşam gecə saatlarında döyüşlər zamanı, təəssüf ki, düşmən Qubadlını götürə və bəzi istiqamətlərdə irəliləyə bildi," Hovhannisyan deyib (sinxron tərcümədən sitat).

Bu vaxta qədər nə Hovhannisyan, nə də Ermənistan Müdafiə Nazirliyi nəinki Qubadlının, hətta Azərbaycan hərbçilərinin bir neçə gün əvvəl ələ keçirdiklərini elan etdikləri və dəlil kimi video görüntülər yayımladıqları halda Cebrayıl və Hadrutun itkisini qəbul etmişdilər.

"Bəli, düşmən müəyyən sahələrdə uğur qazandı, bəli, Syunikin qapılarına yaxınlaşdılar. Ancaq vəziyyət fəlakətli deyil. Mən erməni əsgərinin gücünə inanıram ... Qələbə qazanmalıyıq, çünki bu, varlığımız üçün döyüşdür," Artsrun Hovhannisyan bazar ertəsi keçirilən gündəlik brifinqdə deyib.

Hovhannisyanın açıqlamaları son dərəcə qeyri-adi səslənib, çünki o, indiyə qədər Azərbaycan ordusunun irəliləməsini tanımaqdan qətiyyətlə imtina edib.

Syunik Azərbaycan bölmələrinin son bir həftə ərzində Zəngilan və Qubadlı regional mərkəzlərini və yaxın yaşayış məntəqələrini ələ keçirərək sərhədlərinə yaxınlaşdığı Ermənistanın ən cənub bölgəsinin adıdır.

 

Mənbə: BBC Azərbaycanca

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR