Ermənistan Konstitusiya Məhkəməsinin sədri Paşinyanı məhkəməyə verdi
Ermənistan Konstitusiya Məhkəməsinin sədri Qrayr Tovmasyan baş nazir Nikol Paşinyanı məhkəməyə verib.
“Sputnik Armenia” xəbər verir ki, sədr baş nazirdən üzr istəməyi və haqqında səsləndirdiyi böhtan xarakterli fikirləri təkzib etməyi tələb edir.
Nikol Paşinyanla Konstitusiya Məhkəməsinin sədri Qrayr Tovmasyan arasındakı qarşıdurma bu ilin yanvar ayının sonunda ən pik həddə çatdı. Yanvarın 25-də Kapanda keçirilmiş bir mətbuat konfransı zamanı Paşinyan Hrayr Tovmasyanın ona xidmətlərini təklif etdiyini bildirib.
Tovmasyan baş nazirin dediklərinə sərt reaksiya verərək, Paşinyana sözlərini sübut etmədiyi və ya 20 gün ərzində təkzib etməyəcəyi təqdirdə məhkəməyə müraciət edəcəyini deyib.
Mənbə: oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət