Slimfit
  1. AZƏRBAYCAN

Ermənistan əsir və girovların dəyişdirilməsi təklifinə cavab verdi

Ermənistan əsir və girovların dəyişdirilməsi təklifinə cavab verdi
Sakura

Ermənistan əsir və girovların dəyişdirilməsi təklifinə cavab verdi

Mayın 21-də Ermənistanın Xarici İşlər Nazirliyi rəsmi Bakının irəli sürdüyü əsir və girovların “Hamının hamıya” prinsipi üzrə dəyişdirilməsi prosesinə dair açıqlama yayıb. Bu barədə Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzi xəbər yayıb. Xəbərdə deyilir ki, Ermənistan XİN mətbuat katibi Anna Naqdalyan yerli mətbuata verdiyi açıqlamada bildirib: “Ermənistan XİN hər zaman real humanitar addımların atılmasının tərəfdarı olub, lakin bu humanitar hərəkətlər ağır cinayətlərin cəzasız qalması ilə nəticələnməməlidir”.

Azərbaycanlı mülki girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin guya “ağır cinayət törətdiklərini və mülki insanları qətlə yetirdiklərini” iddia edən Ermənistan XİN nümayəndəsi həmin şəxslərin “qəhrəmanlaşdırılması”nın əleyhinə olduqlarını da bildirib.

Qeyd edək ki, əsir və girovların “Hamının-hamıya” prinsipi əsasında dəyişdirilməsi təklifinə bir neçə həftə öncə Rusiyanın xarici işlər naziri Sergey Lavrov da münasibət bildirmişdi. Ermənilərdən fərqli olaraq rusiyalı nazir “Hamının hamıya” prinsipini dəstəkləmişdi.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında öz dədə-baba torpaqlarını, doğmalarının məzarını ziyarət etmək məqsədilə işğal altındakı Kəlbəcər rayonuna səfər edən Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov erməni əsgərləri tərəfindən girov götürülüb. Həsən Həsənov ermənilər tərəfindən qətlə yetirilib. Dilqəm Əsgərov Dağlıq Qarabağda qurulan qondarma “məhkəmə”nin “hokmü” ilə ömürlük, Şahbaz Quliyev 20 il azadlıqdan məhrum edilib. Onların hər ikisi hazırda Şuşada saxlanılır. 

Hazırda Azərbaycan tərəfində də 3 erməni kəşfiyyatçı diversant-Arsen Baqdasaryan, Zaven Karapetyan və Karen Kazaryan saxlanılır ki, həmin şəxslər müxtəlif illərdə Azərbaycan Respublikası ərazisində terror aktları törətməyə cəhd ediblər və məhkəmənin qərarı ilə müxtəlif müddətə azadlıqdan məhrum ediliblər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR