Dərc edildi: Baxış sayı: 473
Ermənistan DİN Qarabağ ermənilərinin silahları təhvil vermələrini tələb edib
Ermənistan Daxili İşlər Nazirliyi (DİN) Qarabağdan könüllü çıxıb ölkəyə gələnlərin silah-sursatı təhvil vermələrini tələb edib.
Ens.az-ın məlumatına əsasən,bu barədə "Report" "Sputnik Armenia"ya istinadən xəbər verir.
Nazirliyin məlumatına əsasən, bu addım onları məsuliyyətdən azad edəcək.
Qeyd edək ki, bir qədər əvvəl Ermənistan daxili işlər naziri Vahe Qazaryan Qarabağdan gələnlərin gətirdikləri silahları təhvil verməyə çağırış edib. Nazir parlamentdə bəyan edib ki, Qarabağdan müəyyən miqdarda silah və sursat daşınmasına dair sübutlar var: "Artıq onları könüllü təslim etmələri halları da var. Hüquq-mühafizə orqanları izahat işləri aparır".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət