Dərc edildi: Baxış sayı: 677
Ermənistan Beynəlxalq Ədalət Məhkəməsindən çəkindiyi üçün mina xəritələrini əvvəlcədən qaytarıb
Beynəlxalq Ədalət Məhkəməsinin bu gün elan edilmiş qərarları arasında Azərbaycanın iddiası üzrə Ermənistanın mina xəritələrini qaytarması ilə bağlı qərarı yoxdur.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bunun səbəbi bir neçə gün əvvəl Ermənistanın qalan ərazilərlə bağlı xəritələri Azərbaycana verməsidir.
Ermənistan məhz məhkəmənin qərarından çəkindiyi üçün xəritələri əvvəlcədən qaytarıb.
Xatırladaq ki, bir neçə gün əvvəl Ermənistan tərəfi Azərbaycan Respublikasının işğaldan azad olunan digər ərazilərinin mina xəritələrini də Azərbaycan tərəfinə təqdim edib.
Qeyd edək ki, Beynəlxalq Ədalət Məhkəməsi BMT-nin ali məhkəmə orqanıdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət