Ermənistanın polis qoşunlarını Azərbaycanla sərhədə döyüş növbətçiliyinə göndərir
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, ilk qrupun avqustun 23-də sərhədə göndəriləcəyi bildirilir.
Ermənistan polisinin rəhbəri Valeri Osipyan göndəriləcək polislərin bəzilərinin aprel döyüşlərində iştirak etdiyini qeyd edib.
“Polis dəstələri öz intizamı ilə fərqlənir. Sizin böyük təcrübəniz var, bəzi komandirlərinizin döyüş təcrübəsi də var. Mən əminəm ki, döyüş missiyasını layiqincə yerinə yetirəcəksiniz” – göndəriləcək polis dəstələri qarşısında çıxışı zamanı Osipyan bildirib.
O, özü də imkan yaranan kimi cəbhə bölgəsinə gələcəyini qeyd edib.
Qeyd edək ki, ilk dəstələrin avqustun 23-də Ermənistanın Tavuş rayonuna Azərbaycanın Qazax və Tovuz rayonların ilə sərhədə göndəriləcəyi bildirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət