Slimfit
  1. AZƏRBAYCAN

Ermənistan Azərbaycana sərhəd danışıqları və birgə xidmət təklif edir

Ermənistan Azərbaycana sərhəd danışıqları və birgə xidmət təklif edir
Sakura

Ermənistan Azərbaycana sərhəd danışıqları və birgə xidmət təklif edir

Azərbaycan Silahlı Qüvvələrinin bəzi bölmələrinin Ermənistanla dövlət sərhədinin Qazax və Ağstafa istiqamətlərində sərhəd qoşunlarının bölmələri ilə əvəz edilməsi situasiyaya hər hansı təsir etməyib.

Virtualaz.org xəbər verir ki, bu haqda Ermənistan silahlı qüvvələrinin Baş qərargah rəisi, general Artak Davtyan bildirib.

Davtyanın dediyinə görə Azərbaycanın sərhəd qoşunlarının bölmələrinin həmin istiqamətdə yerləşdirilməsindən sonra vəziyyət nə mənfi, nə müsbət istiqamətdə dəyişməyib. O, prosesin “birtərəfli” olduğunu, Ermənistan silahlı qüvvələrinin bölmələrinin həmin istiqamətdə öz vəzifələrini yerinə yetirməkdə davam etdiyini deyib.

Bununla belə Davtyan qeyd edib ki, erməni tərəfi sərhədlərin müəyyənləşdirilməsinə, habelə sərhəddə birgə xidmətin təşkil olunmasına dair Azərbaycanla mümkün danışıqları alqışlayardı.

“Necə ki, bu dövlət sərhədlərində qəbul olunub”-Baş qərargah rəisi deyib.

Davtyan ümumən təmas xəttindəki vəziyyət haqda bildirib ki, atəşkəs rejiminə əsasən əməl olunur, gərginlik, atışmalar azalıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR