Slimfit
  1. GÜNDƏM

Ermənistan antitürk koalisiyasına qoşuldu

Ermənistan antitürk koalisiyasına qoşuldu
Sakura

Türkiyə Xarici İşlər Nazirliyi İrəvana cavab verdi

Ens.az bildirir ki, avqustun 19-da  Yunanıstanın, Kiprin və Ermənistanın  xarici işlər nazirləri - Nikos Dendias,  Nikos Xristodoulides və Ermənistan Zohrab Mnatsakanyan arasında telefon danışığı oldu. Bu görüş zamanı Ermənistan Xarici İşlər Nazirliyinin başçısı, Ankara ilə növbəti qarşıdurması ilə əlaqədar Afina və Nikosiyaya hərtərəfli dəstək ifadə etdi.

Məsələ bundadır ki, avqustun əvvəlində Yunanıstan, Kipr (yunan hissəsi) və Misir,  Şərqi Aralıq dənizində iqtisadi zonaların delimitasiyası ilə bağlı saziş imzalayıblar. Yalnız Türkiyə tərəfindən tanınan Şimali Kipr Türk Cümhuriyyəti razılaşmadan kənarda qalıb. Şelfi araşdırmaq üçün Okeanoqrafik gəmisinin ən şərqdə yerləşən Kastelorizo adasına göndərilməsi isə  Ankaranı qəzəbləndirib. Bu ada Yunanıstan və Türkiyə arasında uzun müddətdir davam edən mübahisə mövzusudur. Türklər onu Megisti adlandırırlar. Yunan ərazi sularına o daxil olmurdu, amma yenə də Yunanıstanın Türkiyə tərəfindən tanınmayan yeni ayrılmış iqtisadi zonasında meydana gəldi. Yunanlar güclə təhdid etdilər, bundan sonra gəminin yanında türk döyüş gəmiləri göründü. Afina, silahlı qüvvələrini tam döyüş hazırlığı vəziyyətinə gətirməklə cavab verdi.

Yunanıstanın və Türkiyənin münasibətlərində çətinləşmələr sporadik xarakteri daşıyır. Bu NATO üzvləri dəfələrlə müharibə ərəfəsində olublar. Münaqişələr Brüsselin müdaxiləsi sayəsində həll edilib. Ən ciddilərindən biri 1974-cü ildə baş verdi.  Kiprdə hakimiyyətə hərbçilər gəldi və adanın Türk əhalisinə qarşı repressiyalar başladı. Ankara buna Kiprə desant qüvvələri endirməklə  və Şimali Kipr Türk Cümhuriyyətinin yaradılması ilə cavab verdi. Kiçik Kipr ordusu müqavimət göstərə bilmədi, buna görə Yunanıstan adaya eskadron göndərdi. 

Mövcud münaqişədə İrəvanın mövqeyinə gəlincə, bu zonadan kifayət qədər uzaqda yerləşən kiçik  Ermənistanın yerli-yersiz burnunu soxması, bu ölkənin hər hansı antitürk hərəkətlərində iştirak etməyə hazır olduğunu açıq şəkildə nümayiş etdirmək istəyindən xəbər verir.  

 Artıq Türkiyə Xarici İşlər Nazirliyi Ankaranın hərəkətlərini "ekspansionizm və təcavüzkar" adlandırmış Ermənistan xarici işlər nazirinin açıqlamalarına reaksiya verib. Türkiyə Xarici İşlər Nazirliyi İrəvanı özünə aid olmayan işlərə qarışmaq istəyini qınayıb. 

Mənbə: anna-news.info

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır - Fyodor Dostoyevski

Redaktor seçimi

SON XƏBƏRLƏR