Ermənistan AB missiyasının statusunu təsdiqlədi
Ermənistan parlamenti İrəvanla Avropa Birliyi arasında Azərbaycanla sərhəddə Aİ-nin mülki müşahidə missiyasının statusu haqqında razılaşmanı ratifikasiya edib.
Ens.az Axar.az-a istinadən xəbər verir ki,bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, 57 deputat sənədin lehinə səs verib, “əleyhinə” isə heç bir səs verilməyib. 27 deputat bitərəf qalıb.
Razılaşma AB-nin Ermənistandakı missiyasının fəaliyyətini tənzimləyir, missiyaya və onun şəxsi heyətinə şamil edilir və bu ölkədəki missiyanın funksiyalarını müəyyən edir. Ermənistan KİV-inin məlumatına görə, missiyanın fəaliyyəti həm də AB ilə Ermənistan arasında siyasi münasibətlərin yaxınlaşmasının sürətləndirilmiş prosesləri nöqteyi-nəzərindən tənzimlənir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət