Slimfit
  1. CƏMİYYƏT

Ermənisan Azərbaycanla meydanda "tək-tənha" qalıb

Ermənisan Azərbaycanla meydanda "tək-tənha" qalıb
Sakura

Dünyanı koronavirus təhlükəsinin çulğaması demək olar ki, bütün digər məsələləri arxa plana keçirib.…

Lakin Ermənistan mediasının müşahidəsi göstərir ki, ermənilər yaranmış vəziyyətdən ciddi narahatlıq keçirməyə başlayıblar. Onlar meydanda Azərbaycanla “tək-tənha” qalmaqdan təşvişə düşüblər.

 

Moderator.az xəbər verir ki, Ermənistanın “lragir.am” saytı yazır ki, ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin bölgədə nəzərdə tutulan bütün monitorinqlərin və birbaşa təmasların təxirə salınması barədə bəyanatından sonra Azərbaycanla Ermənistan faktiki təkbətək və "beynəlxalq nəzarətdən kənarda" qalıb.

 

Saytdakı yazıdan məlum olur ki, ermənilər yaranmış şəraitdə Azərbaycanın hərbi əməliyyatlara başlaması ehtimalından narahat olublar. Belə fikirlər digər sosial media vasitələrində də yayılıb: “Koronavirus faktiki olaraq Ermənistanı və Azərbaycanı “tək-tənha”  buraxıb”. Bu fikirlər ermənilərə məxsusdur.

 

Lakin məsələyə fərqli yanaşanlar da var. Bəziləri isə hesab edirlər ki, koronavirus ümumi prosesləri üstələsə də, bu, müvəqqətidir və geosiyasi şəraiti dəyişmir: “Bu mənada rəsmi Bakı koronavirusa yoluxmuş dünya üçün əlavə problem yaradarsa, çətin ki, onu bağışlayalar”.

 

Görünən odur ki, ermənilər meydanda “təkbətək qalmaq"dan qorxuya düşsələr də, öz havadarlarının dəstəyinə çox arxayındılar.

 

Elə bizim təpərimizə də...

 

Taleh 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR