Slimfit
  1. AZƏRBAYCAN

Ermənilərin yaydığı videodakı başdaşı Allahverdi Bağırovun deyil

Ermənilərin yaydığı videodakı başdaşı Allahverdi Bağırovun deyil
Sakura

Qəhrəmanın ailəsindən açıqlama

Azərbaycan mətbuatında, guya, ermənilər Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun məzarının baş daşını nümayişkaranə şəkildə dağıtması barədə xəbər yayıb.

QAZİLER.AZ saytı A.Bağırovun ailəsi ilə əlaqə saxlayıb. Məlum olub ki, dağıdılan məzar Milli Qərhrmanımıza aid deyilmiş. Ailədən bildiriblər ki, ümumiyyətlə A.Bağırovun baş daşı olmayıb. Sadəcə, digər şəhidlər kimi onun baş daşı dəmir löhvədən ibarət olub.

Elə dağıdılan başdaşından da görünür ki, o A.Bağırovun deyil. Çünki başdaşında qəhrəmanımızın adı, soy adı atasının adı rusca yazılıb. Videodakı başdaşı ermənilər tərəfindən qəsdən hazırlanıb və paylaşılıb.

Redaksiyadan: Əslində işğal altındakı ərazilərimizdə qalan istənilən şəhidimizin məzarı ermənilər tərəfindən təhqir edilə bilər. Amma ermənilərin yaydığı video həqiqəti əks etdirmir. Xahiş edirik şəhidlərimizlə bağlı, xüsusən Milli Qəhrəmanlarımızla bağlı erməni mətbuatının yaydığı məlumata uymayın. Yalan məlumatı yaymayın!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR