Dərc edildi: Baxış sayı: 582
Ermənilərin tutduqlarını iddia etdiyi Qaraqaya yüksəkliyindən VİDEOREPORTAJ
Azərbaycan - Ermənistan sərhədində döyüşlərin davam etdiyi Tovuz rayonunda hazırda İTV-nin cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı Heydər Mirzə Qaraqaya yüksəkliyini ələ keçirməsi barədə ermənilərin yaydığı yalan məlumatlara cavab verib.
O qeyd edib ki, hazırda Ağdam kəndinin mərkəzindədir. Jurnalist Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Artsrun Ovannisyana səslənib:
“Bu gün 17 iyuldur. Arxamda Qaraqayadır. Artsrun Ovannisyana deyin ki, əgər bu post ermənilərdədirsə, vursunlar məni. Haradadır erməni təxribatçıları? Artsrun, bura bax. Mən buradayam. Bəs sənin əsgərlərin hanı?”
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət