Ermənilərin Qarabağda yeni ekoloji terroru– Tərtər çayı qurumağa başlayıb
Ermənistan rəhbərliyinin Azərbaycan torpaqlarında həyata keçirdiyi ekoloji terror artıq yerli ermənilərin də narazılığına səbəb olur.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Kəlbəcər rayonunda məskunlaşmış ekoloji fəal Aleksandr Kananyan rayon mərkəzi yaxınlığında, Tərtər çayı üzərində növbəti kiçik su elektrik stansiyasının tikilməsinə etiraz edib.
O buna görə aclıq aksiyasına başlayıb.
“İmperativ inkişaf – yol salınması, ev tikilməsi, məskunlaşmaya dəstək, kiçi və orta biznesə dəstək yerinə Qarabağdakı oliqarxlar onlarla su elektrik stansiyaları inşa olunur. Bölgənin 160 kilometr uzunluğunda əsas çayları artıq boru xətlərinin içindədir. Buna görə yüzlərlə kvadrat kilometr torpaq sahə susuzluqdan əziyyət çəkir, Kəlbəcər, Laçın kimi rayonların normal inkişafı və tam məskunlaşması acgöz oliqaxrlara görə baş tutmur”.
Kananyan Tərtər çayının sol qolunun quruduğunu, üzərində 4 su stansiyası fəaliyyət göstərən əsas çayda da sululuq dərəcəsinin azaldığını əlavə edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət