Ermənilərin Naxçıvan planı necə məhv edildi?
98 il öncə, yəni 1921-ci ilin 13 oktyabrında Qars şəhərində Cənubi Qafqaz respublikaları ilə Türkiyə arasında Qars müqaviləsi imzalandı.
Bu müqavilənin əsas müddəaları Moskva müqaviləsinin müvafiq maddələri ilə üst-üstə düşürdü. Qars müqaviləsinin əsas maddələrindən biri isə Türkiyənin Naxçıvanın sərbəstlik təminatını öz üzərinə götürməsi idi. Ermənilər "böyük Ermənistan" yaratmaq planını həyata keçirmək üçün Türkiyə və Azərbaycanla mübarizə aparırdı. Müqavilə məhz bu baxımdan həlledici rola malikdir.
Naxçıvanı ələ keçirmək üçün hər cür yola əl atan, “Naxçıvan və Şərursuz Ermənistan yaşaya bilməz!” deyən ermənilərin qarşısına Qars müqaviləsi ilə sədd çəkildi. Ümumilli lider Heydər Əliyevin də dediyi kimi, Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi çox böyük, əvəzi olmayan bir sənəddir.
Axar.az Real TV-nin mövzu ilə bağlı süjetini təqdim edir:
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət