Slimfit
  1. AZƏRBAYCAN

Ermənilərin dəhşətli işgəncə faktları

Ermənilərin dəhşətli işgəncə faktları
Sakura

Ermənilərin dəhşətli işgəncə faktları

Ermənilər əsir və girov götürdükləri azərbaycanlılara insanlığa sığmayan, dilə gətirilməsi belə çətin olan işgəncələr verirlər.

Axar.az xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyətinin 25 illiyinə həsr olunmuş iclasda hərbi prokuror Xanlar Vəliyev deyib.

X.Vəliyev qeyd edib ki, Dağlıq Qarabağ və ətrafında baş verən hadisələrlə əlaqədar, yəni həm Ermənistan Silahlı Qüvvələri, həm də Dağlıq Qarabağda fəaliyyət göstərən qanunsuz silahlı birləşmələr tərəfindən azərbaycanlılara qarşı törədilmiş cinayətlərin istintaqı ilə əlaqədar istintaq-əməliyyat qrupu tərəfindən cinayət işi üzrə aparılan istintaq nəticəsində aşkar edilib ki, erməni millətçiləri tərəfindən Dağlıq Qarabağ və ətraf rayonlarda, yəni öz torpaqlarında yaşayan minlərlə azərbaycanlı yalnız milli mənsubiyyətlərinə görə qəddarlıqla döyülərək işgəncə verilməklə qətlə yetirilib, qaçıb canlarını qurtarmağa çalışan yüzlərlə soydaşımız güllələnib, evləri talan olunub, yüzlərlə yaşayış məntəqəsi boşaldılıb, milli memarlıq inciləri dağıdılıb, yüz minlərlə azərbaycanlı dədə-baba torpaqlarından deportasiya olunub, Dağlıq Qarabağ və ətraf rayonlarda, habelə Erməistanla həmsərhəd olan bölgələrdə xidməti vəzifələrini yerinə yetirən Azərbaycan Silahı Qüvvələrinin hərbi qulluqçuları və mülki əhali əsir və girov götürülərək amansız, qeyri-insani rəftara, işgəncələrə məruz qalıb:

“Həmin cinayət hadisələrinin hərtərəfli araşdırılması, şübhəli şəxslərin müəyyən edilməsi, sübutların toplanması və təqsirləndirilən şəxs qismində cəlb edilməsi məqsədilə istintaq orqanı ilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası arasında qarşılıqlı işgüzar əlaqələr yaradılıb. Belə ki, cinayət işi üzrə ümumilikdə 1636 şəxs dindirilb, Dövlət Komissiyasının 23 oktyabr 2018-ci il tarixinə olan məlumatına əsasən bilavasitə əsir düşmüş, girov götürülmüş və sonradan azad edilmiş 1480 nəfərdən 1113-ü, o cümlədən 1057-si zərərçəkmiş şəxs qismində tanınaraq dindirilib”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Borneo adasında bam-balan adlı qeyri-adi meyvə var. Xarici görünüşünə görə tünd rəngli malayziya manqosuna, dadı isə smetanla olan borşa oxşayır.

Redaktor seçimi

SON XƏBƏRLƏR