Slimfit
  1. CƏMİYYƏT

“Ermənilərin aqressiv toplum olduğunu hərkəs gördü” - Millət vəkili

“Ermənilərin aqressiv toplum olduğunu hərkəs gördü” - Millət vəkili
Sakura

“Ermənilərin aqressiv toplum olduğunu hərkəs gördü” - Millət vəkili

Son günlər baş verən hadisələr ermənilərin həqiqi mahiyyətini bir daha açıb ortaya qoymuş oldu. Adətən ermənilər dünyaya haray çəkirdilər ki, azərbaycanlılarla yaşamaq mümkün deyil, guya onlara qarşı aqressiv yanaşılır. Əslində, baş verənlər onu göstərdi ki, ermənilər aqressiv və vandalizmə meyilli xalqdır. Məhz xaricdəki fəal gəclərimizin aksiyalarında onların davranışları bunu bir daha sübüt etdi. ABŞ da olan məlum olay ermənilərin hansı psixologiya, hansı təfəkkürlə yaşadıqlarını da nümayiş etdirdi.

Ens.az xəbər verir ki,bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Cehun Məmmədov bildirib.

Onun sözlərinə görə, bütün bunların fonunda bu hadisələr Azərbaycan diasporunun öz gücünü nümayiş etdirmiş oldu:

“Eyni zamanda Azərabaycanın diplomatik uğurlarının artdığını hər kəs görmüş oldu. Çünki son yaşananlar onu göstərdi ki, diasporamız ermənilərə qarşı daha artıq müqavimət göstərə bildi. Dünya ictimaiyyəti bir daha şahid oldu ki, Azərbaycan xalqı sülhpərvərdir. Ermənilərin isə aqressiv vəhşi bir toplum olduğunu da artıq hərkəs görmüş oldu”.

Ceyhun Məmmədovun sözlərinə görə, baş verən son olaylar ermənilərin növbəti barbarlığı idi.

Deputatın fikrincə, az sayda insanlara kütləvi şəkildə hücumların təşkill edilməsi erməni xislətindən o tərəfə keçə bilməzdi:

“Ermənilərin barbarcasına təşkil etdikləri aksiyalarda üzərində “Asala” terror təşkilatının adı yazılmış köynəklər geyinirdilər. Bu da onların terorra vandalizmə nə qədər sadiqolduqlarının bariz nümunəsi hesab olunur”.

Millət vəkili vurğulayıb ki, Azərbaycanlılar sakit dinc mitinqlər təşkil edirlər: “Ermənilər isə bizim fəalların, tərəfdaşlarımızın aksiyasına aqressiya ilə yanaşır, kut alətlərə hücumlar təşkil edirlər. Eyni zamanda ermənilər azərbaycanlıların belə bir fəal mübarizə formasında meydana çıxacaqlarını gözləmirdilər. Azərbaycanlıların vahid birlik nümayiş etdirməsi sözsüz ki, düşməni ciddi narahat etməyə başladı”.

C.Məmmədova görə erməni vəhşiliyini biz məhz bu konteksdən bütün dünyaya bəyan etməliyik: “Onların həm Dağlıq Qarabağda, Xocalıda insanlara, dinc əhaliyə qarşı misli görünməyən soyqırım və insanlıq əleyhinə cinayətlər törətdiyini bütün dünyaya bir daha bəyan etməliyik”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR