Slimfit
  1. AZƏRBAYCAN

“Ermənilərə bu qədər canınız yanırsa, öz torpaqlarınızı onlara verə bilərsiniz”

“Ermənilərə bu qədər canınız yanırsa, öz torpaqlarınızı onlara verə bilərsiniz”
Sakura

"Əslinə qalsa, ATƏT-nin Minsk qrupunun tərkibi Qarabağ düyününün bu vaxta qədər niyə açılmamasının səbəbini…

Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında keçirilən görşlə bağlı yaydıqları bəyanatda hər iki münaqişə tərəfinin güzəştlərə hazır olmasının vacibliyini vurğulayıbar.

Maraqlıdır, Dağlıq Qarabağa ən yüksək muxtariyyət vəd edən Azərbaycandan daha hansısa güzəştlər tələb etmək nə dərəcədə məntiqlidir? Minsk qrupunun bu bəyanatı problemin həllində diplomatik imkanların tükənməsi, hərb variantının alternativsizlik qazanması kimi dəyərləndirilə bilərmi?

“Azərbaycan cəmiyyətində Minsk qrupuna etibar  çoxdan itib”

Moderator.az-a açıqlama verən sabiq prezident Ayaz Mütəllibov Azərbaycana yönəlik güzəşt çağırışlarının gülünc olduğunu vurğuladı:

“ATƏT-in Minsk qrupunun uzun illər ərzində Qarabağ problemi ilə məşğul olmasına baxmayaraq, bu problemin həlli istiqamətində heç bir uğura imza atmayıb. Bu da onu qöstərir ki, Minsk qrupunun fəaliyyəti ya düzgün təşkil olunmayıb, ya da onların bu problemin birdəfəlik həll olunmasına təsir imkanları sıfıra barabərdir. Qrupun işi mövcud  atəşkəs rejiminə nəzarəti həyata keçirməklə, ara-sıra tövsiyyə xarakterli bəyanatlar verməklə yekunlaşır. Bu da dünyada aqressor kimi tanınan Ermənistanın işinə yarayır.

Konflikt illərdir uzanır, Azərbaycan cəmiyyətində Minsk qrupuna etibar  çoxdan itib. Biz ziyan çəkmiş, işğala məruz qalmış bir tərəf kimi, bu yarıtmaz fəaliyyətə kifayət qədər səbr etmişik. Zənnimcə, bundan sonra da nəsə bir irəlliləyiş olmayacaq. Yaxşı olardi ki, ATƏT Minsk qrupunun fəaliyyətini nəzərdən keşirdib, Qarabağ  probleminin həllində obyektiv mövqe nümayiş etdirəydi.

Əslinə qalsa, ATƏT-nin Minsk qrupunun tərkibi Qarabağ düyününün bu vaxta qədər niyə açılmamasının səbəbini göstərir. Bir qrupun tərkibindəki, bir-biri ilə açıq-aşkar ziddiyyətlər yaşayan ölkələrin nümayəndələri sədrlik edirlərsə, hansı həlldən danışmaq olar?”

 

“Qarabağ dərdinin aradan qalxmasının yolu milli birlikdən keçir”

 

A.Mütəllibov Rusiyanın problemin həllində daha geniş imkanlara malik olduğunu vurğuladı:

“Bizə bu problemdə ən yaxın ölkə Rusiyadır, mövcud atəşkəsə nail olunması və bu nisbi atəşkəsin daha lokal əməliyyatlara keçməsinin qarşısını alan qüvvə də Moskvadır. Rusiya ermənilərə diqər tərəflərdən daha yaxşı bələddir. O cümlədən, Azərbaycanla da kifayət qədər gözəl münasibətlərə malikdirlər, bu münasibətlər son zamanlar daha da yüksələn xətlə inkişaf edir. Amma problemin birdəfəlik həll olunmasında bu yetərli fakt deyil, çünki Qarabağ  probleminin regional çərçıvədən dünya miqyasına çıxarılması, artıq bu bölgədə marağı olan mərkəzlərin zaman-zaman problemin həlli istiqamətində təsir rıçaqlarını möhkəmləndirib. Bütün bunlara baxmayaraq, biz bir xalq olaraq başa düşməliyik ki, Qarabağ dərdinin aradan qalxması və Azərbaycanın digər problemlərinin həll olunması milli birlikdən, öz gücümüzə inamdan və prosesləri düzgün qiymətləndirməkdən keçir. Təxribatçıları, boş-boş bəyanat verərək xalqı bəlaya salan, xalqı regionlara, millətlərə, məzhəblərə parçalayan, dövlət və xalq arasında düşməçilik yaradan fitnəkarları tanımalıyıq. Dünyada vəziyyətin çox gərgin olduğu, süni şəkildə yaradılmış iqtisadi böhranın dərinləşdiyi bir vaxtda, vətənimiz ətrafında oyunlar qurulduğu bir zamanda, xalqımıza ayıq olmağı, milli birlik nümayiş etdirməyi məsləhət görərdim. Əks halda, bizim artıq şahid olduğumuz müsibətləri, faciələri təkrar yaşamağa gücümüz yetməz”.

 

“Bizi güzəştə səsləyənlər qeyri-ciddi adamlardır”

 

Sabiq prezident Azərbaycanı güzəştə çağıran qüvvələri öz torpaqları hesabına ermənilərə güzəştə getməyə səslədi:

“Hansı güzəştlərdən söhbət gedir? Azərbaycana güzəşt təklif edənləri ən azı qeyri-ciddi adam kimi qəbul etmək lazımdır. Burda heç bir güzəştdən söhbət gedə bilməz, biz  25 il bu oyunlara səbr etməklə kifayət qədər güzəşt etmişik. Ərazisinin 20%-i işğal olan biz, milyonlarla vətəndaşı öz isti ocağından didərgin düşən biz, on minlərlə cavanı şəhid olan və ya əsir, itkin düşən biz, milyardlarla maddi ziyan vurulan biz. İndi hansı məntiqlə bizə güzəşt təklifi edirlər? Bu təklifi irəli sürən insanlardan soruşmaq lazımdı ki, öz ərazinizdən hətta bir küçəni kiməsə güzəşt edərsinizmi? Ya da ermənilərə bu qədər ürəkləri yanırsa, öz torpaqlarından niyə bağışlamırlar? Qarabağın dağlıq hissəsində yaşayan əhaliyə yalnız hansısa milli-mədəni muxtariyyət verilməsi barədə düşünmək olar. Bu da qaçqınların işğaldan qabaqkı qeydiyyat yerlərinə qayıtdıqdan sonra baş verə bilər. İndi bu ərazılərdə bir azərbaycanlı yaşamadığı halda heç bir statusdan sönbət gedə bilməz”.

 

“Bütün vasitələr öz gücünü itiribsə, müharıbəyə getmək zəruridir”

 

A.Mütəllibov problemin müharibə yolu ilə həlli variantına da toxundu:

“Müharibə heç bir xalqa xoşbəxtlik gətirməyib, ölçülüb-biçilməmiş, real vəziyyət, durum təhlil olunmamış  atılan hər bir addım faciəvi sonluğa gətirib çıxarar. Son zamanlar Qarabağın müharibə yoluyla azad olunması çağırışları müxtəlif  təbəqələrin  tərəfindən səsləndirilməsi artıb. 90-cı illərin əvvələrində bu çağırışlar hər yeri silkələyirdi, amma sonra nə oldu? Guya bu qüvvələr Qarabağ problemini həll etməyin yollarını daha gözəl bilirlər, guya hakimiyyət Qarabağı almaq istəmir. Müharibə çağırışları edənlərin içindən həqiqətən vətən yanğısı, sevgisi ilə yaşayan insanları ayırsaq, görərik ki, digərləri  bu və ya diqər qüvvələrin maraqlarına oynayan, hakimiyyətə psixoloji təsir göstərib, onu gərgin vəziyyətdə saxlamaq istəyən tamahkar, hakimiyyət hərisi olan fərdlərdir. Bəyanatlar səsləndirənlərin çoxu müharıbədən ya yayındı, ya da özləri də ziyan çəkdilər. Mən o zamanlar da demişəm, indi də deyirəm, əgər bütün vasitələr öz gücünü itiribsə, o zaman müharıbəyə getmək zəruridir, vacibdir, çünki başqa yol yoxdur. Müharibəni yalnız və yalnız xalq və dövlətin birliyi ilə udmaq olar. Hesab edirəm ki, indi son mərhələ deyil, yeni geosiyasi vəziyyət yaranıb, işğalçı dövlətdə köhnə qüvvələr yeni sima ilə hakimiyyəti tutublar. Qüvvələr nisbətini nəzərə alıb hansısa addımları atmaq üşün şərait yaranıb. Zənnimcə, dövlətimiz bunu görür, bu istiqamətdə nə lazımdısa həyata keçirmək iqtidarındadır. Ona görə də ATƏT, BMT, bu və ya digər qurumların fəaliyyətinə aludə olub, onların qərarlarını səbirsizliklə gözləməkdənsə, öz gücümüzə inanıb, hamımız eyni məqsəddən çıxış edib Allah tərəfindən bizə nəsib olmuş bu müstəqil dövləti, bayrağımızı qoruyub saxlayıb gələcək nəsillərə təhvil verməliyik. Əks halda, nə bu müqəddəs vətəni bizə miras qoymuş əcdadlarımız, nə torpaq uğrunda canını fəda etmiş şəhidlərimizin ruhu, nə də gələcək nəsillər, övladlarımız bizi bağışlamaz”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR