Slimfit
  1. SİYASƏT

Ermənilərdən növbəti təxribat - XİN BMT-yə etiraz etdi

Ermənilərdən növbəti təxribat - XİN BMT-yə etiraz etdi
Sakura

Ermənilərdən növbəti təxribat - XİN BMT-yə etiraz etdi

Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış qondara rejim daha bir təxribata əl atıb.

Oxu.Az xəbər verir ki, qondarma "Dağlıq Qarabağ Respublikası"nın ("DQR") Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə Könüllü Milli İcmalı BMT-də rəsmi sənəd qismində yayılıb.

Həmin sənəd "2030-cu ilə qədər BMT-nin dayanıqlı inkişaf gündəliyi" adlı rəsmi qərarı əsasında yazılıb.

İcmalda təxribat xarakterli fikirlər yer alıb, bildirilib ki, guya Azərbaycan tərəfindən təhdidlər mövcuddur. Sənəd Ermənistanın BMT yanında Daimi Nümayəndəliyi tərəfindən təqdim olunub.

Eyni zamanda, BMT-nin rəsmi saytında yerləşdirilib.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məsələyə münasibət bildirib.

XİN-in mətbuat katibi Leyla Abdullayeva Oxu.Az-ın sorğusuna cavab olaraq deyib ki, Ermənistan BMT-də üzvlük haqqından sui-istifadə edib.

Onun sözlərinə görə, Ermənistanın BMT-dəki nümayəndəsinin Baş katibə ünvanlandığı məktubunun əlavəsi qismində Azərbaycanın hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərdəki qanunsuz separatçı rejimin kağızını yayıb.

"Xatırladım ki, Ermənistan tərəfindən BMT, eləcə də, ATƏT çərçivəsində qanunsuz separatçı rejimin kağızlarını yaymaq təcrübəsindən istifadə olunur. Lakin bu heç bir halda bu təşkilatların mövqeyini əks etdirmir.

Ermənistan tərəfinin BMT çərçivəsində növbəti təxribatına cavab olaraq ölkəmizin BMT yanında Nümayəndəliyinin BMT Baş katibinə etiraz məktubu ünvanlanıb və məktubumuz bu günlərdə BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi dərc olunacaq".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR