Ermənilərdən iddia: Bu məxfi məlumatları Bakı yayıb
BBC-nin Rusiya xidmətinin jurnalisti Qriqori Atanesyan 1 mart hadisələri ilə bağlı məqaləsindən sonra ölümlə təhdid edilib.
Axar.az xəbər verir ki, bu məlumatı jurnalist öz Tvitter səhifəsində paylaşıb.
Məqalənin yayımlanmasından sonra Atanesyana təzyiqlərlə bərabər BBC-yə də təqiblər başlayıb. Bəzi erməni siyasətçilər və ekspertlər BBC-nin bununla Qarabağ və Ermənistan arasında fikir ayrılığı yaratmaq istədiyini bildiriblər. Bəziləri isə baş verənlərdə Azərbaycanı ittiham edərək, BBC-yə məlumatların Bakı tərəfindən ötürüldüyünü iddia ediblər.
Qeyd edək ki, bundan öncə Atanesyan 1 mart hadisələri ilə bağlı açılan cinayət işinin istintaq materiallarını əldə edərək, məqalə hazırlayıb. Atanesyan məqaləsində 1 mart hadisələri zamanı İrəvana Qarabağdan hərbi dəstələr gətirildiyini və dinc etirazçılara atəşin qondarma rejimin generalı Samvel Karapetyanın açdığını bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət