Slimfit
  1. GÜNDƏM

Ermənilər Sumqayıt hadisələri ilə bağlı yazan jurnalisti hədələyir

Ermənilər Sumqayıt hadisələri ilə bağlı yazan jurnalisti hədələyir
Sakura

Yasaqlarla həqiqəti gizlətmək mümkün deyil

Moskvanın, Moskva vilayətinin və Perm diyarının azərbaycanlı icmaları, Sumqayıt hadisələri ilə bağlı material dərc edən jurnalistin təhlükəsizliyini yeni bir müstəvidə öz nəzarətlərinə götürmələrini xahiş edərək Rusiya Federasiyasının Baş Prokuroruna müraciət ediblər. Nə baş verib?

 

Məsələ bundadır ki, bugünlərdə, yəni 1988-ci il Sumqayıt hadisələrinin ildönümü ərəfəsində " "Nezavisimaya qazeta"-nın köşə yazarı Lev Mabudoviç Əsgərovun Sumqayıt faciəsi ilə bağlı məqaləsi dərc olunub. Burada real faktlarla həmin hadisələrin necə başlanması və davam etdirilməsi SSRİ və Azərbaycan KQB-nin arxiv sənədləri əsasında işıqlandırılıb. Həmin illərin sənədlərinə çox sayda əsaslanmaqla yazılan məqalədə Sumqayıt hadisələrinin əslində erməni millətçilərinin və Sovet xüsusi xidmət orqanlarında çalışan erməni lobbisinin təxribatı ilə baş verdiyi və bununla da etnik toqquşmalara səbəb olduğu dəlillərlə təqdim olunub.

" Moskva azərbaycanlıları icması"nın sədri Şamil Tağıyevin adından imzalanmış və Rusiya Baş Prokuroru İqor Krasnova ünvanlanmış qeyd olunan müraciətdə "bu qeyri-insani təxribatın ifaçılarının həm azərbaycanlı, həm də Sumqayıtın erməni əhalisinə qarşı vəhşiliklər törətdiyi qeyd olunub. Bu barədə “Sumqayıt hadisələri haqqında ilk ağızdan” adlı xatirələrində onların həmkarı, SSRİ Baş Prokuroru yanında xüsusi əhəmiyyətli işlər üzrə böyük müstəntiq, həmin vaxt bu işi araşdıran Vladimir İvanoviç Kaliniçenkonun da yazdığı vurğulanıb”.

Ens.az bildirir ki, ermənilər və onların Moskvadakı ənənəvi yüksək rütbəli havadarları çox keçmədən bu məqaləyə sərt reaksiya veriblər. Onların təkidli tələblərindən sonra məqalə Roskomnadzor-un əmri ilə "Nezavisimaya qazeta"nın intenet səhifəsindən çıxarılıb.

Mənbə: news.rambler.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR