Slimfit
  1. AZƏRBAYCAN

Ermənilər Laçının Mirik kəndində arxeoloji qazıntı işləri aparır

Ermənilər Laçının Mirik kəndində arxeoloji qazıntı işləri aparır
Sakura

Ermənistanın Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası Azərbaycanın işğal altındakı Laçın…

Ermənistanın Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası Azərbaycanın işğal altındakı Laçın rayonu ərazisində qanunsuz arxeoloji qazıntıları davam etdirir.

Karabakhmedia.az xəbər verir ki, erməni mənbələri ekspedisiyanın hazırda Laçın rayonunun Mirik kəndində qədim qala yaxınlığındakı türbənin üzə çıxarılması üçün işlər aparır. Məlumata görə, bu günlərdə türbənin üzərini örtən torpaq qatı təmizlənib, saxsı qab parçaları və heyvan sümükləri aşkarlanıb. Abidənin 8 metr dərinlikdə yerləşdiyi bildirilir.

Xəbərdə o da qeyd edilir ki, 2017-ci ildən bəri qazıntını Laçın rayonu ərazisinin də daxil edildiyi “Kaşataq rayonu” (həmçinin Qubadlı, Zəngilan rayonları və Cəbrayıl rayonunun bir hissəsi) adlanan qanunsuz “inzibati ərazi”nin yeni “icra başçısı” təyin edilmiş Stepan Sərkisyan təşkil edib və maliyyələşdirir.

Xatırladaq ki, ABŞ vətəndaşı olan StepanSərkisyan Los-Ancelesdə “Hayrenaser” xeyriyyə cəmiyyətini yaradıb. O, 2016-cı ildə ailəsi ilə birlikdə Laçına köçüb və burada ermənilərin qanunsuz məskunlaşmasına xidmət edən xeyriyyə işlərinə başlayıb. Və xəbər verdiyimiz kimi , oktyabrın 16-da qondarma “Kaşataq rayonu”na yeni “icra başçısı” təyin edilib./Moderator24.com/

Ermənilər Laçının Mirik kəndində arxeoloji qazıntı işləri aparır — FOTO

 

Ermənilər Laçının Mirik kəndində arxeoloji qazıntı işləri aparır — FOTO

 

Ermənilər Laçının Mirik kəndində arxeoloji qazıntı işləri aparır — FOTO
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR