Slimfit
  1. DÜNYA

Ermənilər hücum edir, "Dəniz pişikləri" köməyimizə gəlir

Ermənilər hücum edir, "Dəniz pişikləri" köməyimizə gəlir
Sakura

Ermənilər hücum edir, "Dəniz pişikləri" köməyimizə gəlir

Ötən gün axşam ABŞ-ın CBS telekanalında yayımlanan “SEAL Team” serialının bir epizodu Amerika ermənilərini bərk qəzəbləndirib.

Virtualaz.org xəbər verir ki, həmin epizodda Amerika xüsusi təyinatlıları Azərbaycanın elektrik stansiyasını “erməni loyalistlərindən” və şiə yaraqlılarından qorumaq üçün köməyə gəlir.

Epizod barədə Azərbaycanın Los-Ancelesdəki konsulu Nəsimi Ağayev özünün Tvitter bloqunda yayıb, həmin epizodun kadrlarını paylaşıb.

Epizoda əsasən “Dəniz pişikləri” xüsusi təynatlıları növbəti təlimatlandırma zamanı “12 saat əvvəl erməni silahlı qüvvələrinin Dağlıq Qarabağ regionunda Azərbaycanla atəşkəsi pozduğu” barədə məlumat alır. Xüsusi təyinatlılar niyə bu münaqişəyə qarışmalı olduqları haqda soruşur, təlimatçı onlara cavab verir: “Azərbaycan bizim Rusiya və İranın əhatə etdiyi Xəzər regionunda yeganə sadiq müttəfiqimizdir”.

Daha sonra söhbət Azərbaycanın sərhəddəki elektrik stansiyasından gedir və qeyd olunur ki, obyekt “erməni loyalistləri” və “şiə militanları”, eləcə də Amerikanın regiondakı təsirini sıfırlamaq istəyən digər qüvvələr üçün asan hədəf ola bilər.

CBS-in populyar “SEALTeam” serialının növbəti epizodu Azərbaycanda baş verir. Həmin epizodda “dəniz pişikləri” ermənilərin “ABŞ-ın regiondakı yeganə sadiq müttəfiqi” adlandırdıqları Azərbaycana hücumunu dəf etməkdə kömək göstərir”,-konsul videonun təqdimatında yazıb.

Nəsimi Ağayevin postunun altında ermənilərlə azərbaycanlıların qızğın debatı başlayıb. Ermənilər Azərbaycanın hadisələrin bu cür traktovkası üçün CBS-ə “nə qədər pul ödədiyini” soruşublar, “kürü diplomatiyası” haqda xatırladıblar. Bəzilərinə isə “erməni loyalistləri” ilə “şiə militanları” arasında koalisiya qəribə gəlib.

Lakin mübahisələr sosial şəbəkələrlə məhdudlaşmayıb. ABŞ-dakı erməni icmasının “Massis Post” qəzeti CBS-in Azərbaycan təbliğatını yaydığını iddia edir və belə bir təbliğatı geniş auditoriyaya yayımlanmasının səbəbini öyrənməkdəın ötrü telekanala müraciət etdiyini bildirir. Məqalədə Amerikanın Erməni Şurası da (ACA) epizodun yayılmasına görə CBS-ə etirazını bildirib.

Məqalə müəllifləri Ermənistanı ABŞ-ın “demokratik və dinc müttəfiqi” adlandıraraq onun adının epizodda “düşmən” kimi çəkilməsinə etiraz edir, serialın bədii xarakterlərə və bədii süjetə söykənməsinə baxmayaraq, iki ölkə arasındakı onsuz da ədavətli vəziyyətdə təhlükəli səhifə açdığını qeyd edirlər.

CBS-də yayımlanan “SEAL Team” hərbi dramdır, ABŞ Qüvvələrinin “Navy SEALs” elit bölməsinin peşəkar və şəxsi həyatına həsr olunub. “Navy SEALs kəşfiyyat, xüsusi riskli əməliyyatlar aparmaq üçün qurulub. Navy SEALs hərfən “Donanma Suitiləri” deməkdir. SEALs – abreviatura kimi dəniz, hava, quru sözlərinin ingiliscə baş hərflərindən ibarətdir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR