Slimfit
  1. TARİX

Ermənilər Dərbənd xanlığına necə xəyanət ediblər

Ermənilər Dərbənd xanlığına necə xəyanət ediblər
Sakura

Öz aralarında gizli məsləhətləşmələr apardılar və rus qoşunlarına kömək etdilər .

Bu gün sizə  maraqlı bir hadisə haqqında məlumat verəcəyik və oxşar hallar tarixdə bir dəfədən çox olmuşdur.  1796-cı ildə Rusiya İmperiyası Qafqazı, o cümlədən Azərbaycan torpaqlarını işğal edən zaman yerli əhali arasında öz köməkçiləri var idi və onlar çox vaxt ermənilər olurdu.  Ens.az saytının təqdim etdiyi bugünkü söhbət   ermənilərin Dərbənd xanlığına xəyanəti barədə olacaq.

 "Artemiy Araratskinin həyatı (yaşadıqları)  " 

  Çox maraqlı bir mənbəyə -erməni yazıçı-memuarist “Artemiy Araratskinin həyatı” kitabına  müraciət edək.  Müəllif çar qoşunlarının Azərbaycan xanlıqlarından birinin paytaxtı olan Dərbəndi necə ələ keçirdiyini (sonradan I Pavel geri qaytaracaqdı), burada o,  şəhərin adi sakinləri olan, lakin  şəhərin ələ keçirilməsində imperiyaya kömək edən ermənilərin rolundan bəhs edib:

 "Eyni zamanda  baş komandan qoşunlara Terek çayında  düşərgəyə toplaşmağı əmr edəndə, mən də  Q.S-nin əmri ilə çadırımla oraya getdim və onu hazırladım.  Bu  nurlu İsanın dirildiyi gündə idi.  Kilsəyə getməyi belə bacarmadım və orucumu çox pis pozdum.  Çərşənbə axşamı  qoşunlar Dərbəndə aparan yola çıxdılar . Bu yolda Göysu  çayını keçməkdə çətinlik çəkdilər.  Ancaq bu zəhmətlər üçün qoşunlarımız,  Tarxu şəhərində -haradan ki 1 mayda Dərbəndə -  kifayət qədər əyləndilər və iki əsas fars qülləsi və ya batareyalarının yerləşdiyi Dərbənd qalasının qarşısındakı dağın yaxınlığında düşərgə saldılar.  Bura düşərgə üçün çox xoş və əlverişlidir,  nəhayət köhnə qəbiristanlığın olduğu yüksəkliklərə yerləşdik. Bir az dincəldikdən  sonra baş komandan  Şıx-Əlixanın yanına adam göndərdi ki,  bəyannamədə  də göstərildiyi kimi  qan tökülmədən xanlığın ona  təslim olmasını bildirsin. Lakin xan şəhəri təslim etməyə razı olmadı və üstəlik, onu möhkəmləndirməyə başladı. Qalalardan başqa, şəhərin xaricində batareyalar mənasını verən, farsca  "burjama" adlanan istehkamlar düzəldilmişdi.

 Əvvəlcə batareya və ya burjamaya  hücum etmək lazım idi.  Döyüşlərə hər an yaxın olmaq  və hər şeyi yaxından izləmək qərarına  gəldim;  bunun üçün  Q.S -nin atlarını digərləri ilə tarlada qoyaraq, keşikçi kazaklardan onlara baxmalarını istədim.  Təhlükəsizlik üçün öz müşahidələrimi xəndəkdən  apardım və düşərgəmizdən uçan bombalara baxmaq mənimçün,  yeni və bu günə qədər mənə məlum olmayan  hal kimi fövqəladə həzz  verirdi. V.A.  Zubovun  öz qoşunu  ilə Dərbəndə gəlməmişdən əvvəl kazak generalı Savelyev kiçik bir korpusla birlikdə  bir neçə ay idi ki ordaydı.  Ancaq  çox sayda qoşun gəldikdən sonra Dərbənddə yaşayan yüzə yaxın varlı erməni, rus bəyanatlarının boşa çıxmayacağını və şəhərin gec-tez alınacağını görərək özlərini fəlakətdən xilas etmək, rusların şəhəri qan tökmədən ələ keçirmələri  üçün dərhal öz aralarında gizli  məsləhətləşmələr apardılar və rus qoşunlarına kömək etdilər . Bunun üçün qoçaq  bir ermənini gecə  vaxtı  iplə qalanın arxasına  endirdilər ki,  qalanın atəş etmənin faydalı olacağı yerini və qalanın arxasında yerləşən açarın yerini müəyyənləşdirsin ,  hansı ki , o,  qala və bütün şəhəri su ilə təmin edir və  başqa  bir tərəfə aparılsa vətəndaşlar demək olar ki, bir gün belə  yaşaya bilməzlər  . Həmin erməni sağ-salamat rus düşərgəsinə gəlib çatdı və qrafa təqdim  olunduqdan sonra, təmsilçiliyinin məqsədini  tərcüməçi vasitəsi ilə ona bildirdi. "

Mənbə: zen.yandex.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Artıq qorxmağa ehtiyac yoxdur

Redaktor seçimi

SON XƏBƏRLƏR