Dərc edildi: Baxış sayı: 885
Ermənilər bu dəfə Şuşa qalasının tarixi görkəmini dəyişmək istəyir
Ermənistanın işğal altındakı torpaqlarda Azərbaycanın milli-mədəni irsinə təcavüzü davam edir.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu dəfə Qarabağdakı qondarma rejim rəhbərliyi məşhur Şuşa qalasını təmir edəcəyini açıqlayıb.
Diaspor ermənilərinin ayırdığı ianə hesabına 2020-ci ildə Şuşa qalasının, Gövhər Ağa məscidinin, Hadrut rayonunun Çakuri kəndində “Çaxkavkank” məbədinin və s. təmiri nəzərdə tutulur.
Paralel olaraq, Laçın rayonu ərazisindəki “Mirik” qalasında da qazıntı işləri aparılacaq.
Xatırladaq ki, Qarabağ xanlığının tarixi mirası olan Şuşa qalası təmir adı ilə ənənəvi görkəmini itirə bilər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət