Dərc edildi: Baxış sayı: 250
Ermənilər Atatürkün abidəsinə icazə vermədi
Erməni lobbisi Praqada Atatürkün abidəsinin qoyulmasına mane olur.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin Çexiyadakı səfiri Egemen Bağış məlumat verib.
Səfirin sözlərinə görə, əvvəlcə səfirliyin binasına bitişik parkda Atatürkün heykəlinin qoyulması ilə bağlı razılıq əldə olunmuşdu, lakin son anda Praqa rəhbərliyi “1915-ci il qırğınları”nı əsas gətirərək icazə verməkdən imtina etdilər.
Bağış bildirib ki, Atatürkün heykəlinin qoyulmasına erməni lobbisi, PKK və gülənçilər mane olub.
Səfir məsələnin həlli ilə bağlı işlərin aparıldığını deyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət