Slimfit
  1. DÜNYA

Erməni türk ölkəsinin I xanımı oldu – Etiraz başladı

Erməni türk ölkəsinin I xanımı oldu – Etiraz başladı
Sakura

Karine Xəbirova Avetisyan adlı erməni qadının Başqırdıstanın yeni birinci xanımı olmasına etirazlar…

Karine Xəbirova Avetisyan adlı erməni qadının Başqırdıstanın yeni birinci xanımı olmasına etirazlar başlayıb.

Axar.az xəbər verir ki, bir neçə gün öncə Başqırdıstanın rəhbəri Rüstəm Həmidov səhhəti və yaşı ilə bağlı vəzifədən və siyasətdən getmək istəyini bildirmişdi. Onun istəyi nəzərə alınmışdı və Rusiya lideri Putinin sərəncamı ilə onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilmişdi.

Başqırdıstanın yeni rəhbəri seçilənədək isə Putinin sərəncamı ilə Radi Faridoviç Xəbirov əvəzedici təyin edilmişdi. Bu təyinatla da Xəbirovun erməni arvadı birinci xanım statusu alıb.

Avestisyan ixtisasca stomotoloqdur. O, 2006-cı ildə Kuban Tibb Universitetini bitirib. Məlumata görə, o, Radi ilə tanış olduğu zaman himayəsində məktəbli övladı olub. Həmçinin cütlüyün ötən il dünyaya gələn oğlan övladına Radi Xəbirov öz atasının (Farid/Fərid) adını verib.

Erməni millətindən olan bir qadının Başqırdıstanın birinci xanımı statusunu müvəqqəti də olsa daşıması isə başqırdların etirazına səbəb olub. Sosial şəbəkədə bunu tənqid edən başqırdların etirazları genişlənməkdədir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR