Dərc edildi: Baxış sayı: 647
Erməni terrorunu erkən yaşında hiss edən, bütün ailəsini bir gecədə itirən balaca Xədicə
Ötən ilin 17 oktyabr tarixi Xədicənin həyatında silinməz iz olub.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, Erməni terrorunun ağır nəticələrini Xədicə artıq körpə yaşlarında yaşamağa məcbur qalıb. Ermənistan Silahlı Qüvvələri tərəfindən atılan raket zərbəsi Şahnəzərovlar ailəsinin yaşadığı evə düşdü.
Bu ağır faciə nəticəsində Xədicənin atası Röyal, anası Züleyxa və yaşyarımlıq bacısı Mədinə həyatlarını itirdilər.
Həmin hadisə vaxtı Xədicənin dörd yaşı var idi. Bu gün Xədicə babası Nizami və nənəsi Sevinc xanımın himayəsində Samux rayonunun Seyidlər kəndində yaşayır.
Daha ətraflı Baku TV-nin süjetində:
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət