Dərc edildi: Baxış sayı: 483
Erməni siyasətçi: “Dünyanın heç yerində Paşinyanı ciddiyə almırlar”
"Dünyanın heç bir yerində, o cümlədən Rusiyada Ermənistanın baş naziri Nikol Paşinyanı ciddiyə almırlar".
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə erməni siyasətçi David Şahnəzəryan bildirib.
Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsi və Ermənistan üçün qaz qiymətləri ilə bağlı açıqlamasına münasibət bildirən D.Şahnəzəryan bildirib ki, başqa dövlətə qarşı belə edilsəydi, deyərdim, gülüncdür, amma bu vəziyyətdə faciəlidir.
Onun sözlərinə görə, dünyanın heç yerində belə üslub qəbuledilməzdir: “Beynəlxalq münasibətlərdə belə iş tərzi qəbuledilməzdir və bu səbəbdən dünyanın heç bir yerində Paşinyanın hakimiyyəti ciddi qəbul olunmur. Lavrovun doğru və ya yanlış danışdığını bir kənara qoyaq, müttəfiqlərlə belə dildə və sözlərlə danışmaq düzgün deyil”.
D.Şahnəzəryan həmçinin Ermənistanın beynəlxalq vəziyyətində köklü dəyişiklik olduğunu bildirib və bunu ölkənin açıq-aşkar zəif xarici siyasət komandası ilə əlaqələndirdiyini vurğulayıb.
O, Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən daim “fırıldaqçılıq” faktlarını olduğunu da qeyd edib: “Ermənistanın və Rusiyanın rəsmi mətnlərində ciddi fərq var. Ermənistan versiyasında rus dilində olmayan böyük abzas var, rus dilində “güzəşt” yazılıb, erməni dilində isə “qarşılıqlı güzəşt”.
Onun fikrincə, bu, təkcə xarici siyasətdə deyil, Ermənistanda həyatın bütün sahələrində müşahidə olunur: “Paşinyan hökumətinin səriştəsizliyi və savadsızlığı ümumxalq fəlakətinə çevrilib”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət