Slimfit
  1. SİYASƏT

Erməni qatil 20 min günahsız insanı belə qırdı - Faktlar

Erməni qatil 20 min günahsız insanı belə qırdı - Faktlar
Sakura

Erməni qatil 20 min günahsız insanı belə qırdı - Faktlar

Məşhur rusiyalı hərbi analitik, Rusiya Müstəqil Hərbi Politoloqlar Assosiasiyasının eksperti Aleksandr Perenciyevin bir neçə il bundan öncə postsovet məkanında faşizmin qəhrəmanlaşdırılması əsasında yazdığı petisiya sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Axar.az xəbər verir ki, həmin petisiya o vaxtlar 200 mindən çox imza toplayıb. Ən maraqlısı isə rusiyalı hərbi ekspertin bu petisiyada Qaregin Njdenin SS-dəki fəaliyyəti ilə bağlı bəzi qaranlıq məqamlara toxunmasıdır.

Perenciyev faktlar gətirərək, Njdenin məhz faşistlər tərəfdə vuruşduğunu qeyd edib:

“O, əsl faşist idi. Məhz Qaregin Njdenin rəhbərliyi altında SS-in Ermənistan legionu 20 mindən çox günahsız SSRİ vətəndaşını vəhşicəsinə qətlə yetirir. Bu “cəzalandırma əməliyyatında” Njde şəxsən iştirak edib. Bu insanın əlləri bizim əcdadlarımızın qanına bulaşıb. Bu vəhşiliklərin Njde tərəfindən törədilməsi isə sovet məhkəməsi tərəfindən sübuta yetirilib. Buna dair sənədlər də mövcuddur. Hətta Stalinin ölümündən sonra Njde bəraət almayanlar siyahısında qaldı”.

Qeyd edək ki, “cəzalandırma əməliyyatı” zamanı 6000-ə yaxın yaşayış məntəqəsində qətliamlar törədilib, 700 yaşayış məntəqəsi isə orada yaşayan insanlarla bir yerdə tamamilə məhv edilib. 186 kənd bu günə qədər bərpa olunmayıb. Səbəb – bu kəndlərdə yaşayan insanların kökü kəsilib (hamilə qadınlar və şikəst insanlar belə vəhşicəsinə öldürülüb).

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR