Dərc edildi: Baxış sayı: 887
Erməni polkovnik: “Azərbaycan ordusu 2 saat ərzində İrəvanın mərkəzinə çatacaq”
“Aprel döyüşləri araşdıran komissiya üzvləri kimlərdir, onların tərkibində orduda belə xidmət etməyən insanlar var, silahın nə qədər ağırlığı olduğu barədə heç bir məlumatları yoxdur, silah növlərini bilmirlər və onların bu məsələni müzakirə etməli olduqlarını, hansı qərarlar qəbul edəcəklərini belə anlamıram”.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu ehtiyatda olan erməni polkovnik Qriqor Qriqoryan deyib
Onun sözlərinə görə, ilk növbədə suallar kəşfiyyat idarəsinin keçmiş rəisi, hazırda Paşinyanın hərbi müşaviri məsuliyyətə cəlb edilməli ilk şəxs olan Arşak Karapetyandan soruşulmalıdır.
Xatırladaq ki, 2016-cı ildə Aprel döyüşlərindən dərhal sonra Sarkisyan Silahlı Qüvvələrin Kəşfiyyat İdarəsinin keçmiş rəisi general-mayor Arşak Karapetyanı vəzifəsindən azad edib, onun adı Aprel döyüşləri zamanı edilmiş ən böyük kəşfiyyat boşluqları və nöqsanları ilə əlaqələndirilirdi. Bununla yanaşı, Karapetyan 2018-ci ildə Paşinyanın qərarı ilə, Ermənistan Respublikası Baş nazirinin müşaviri təyin edildi.
Qriqoryan, Aprel döyüşlərindən sonra həyata keçirilən “Günnüt əməliyyatı”na da toxunub.
“Bəziləri dərk etmədən açıqlama verdi və hələ də davam edirlər ki, hektarlarla ərazi itirmişik. Bəli, mövqeyimizi itirdik, amma geri çəkiləndə istənilən yerdə əlverişli bir mövqe seçməlisiniz. Heç kim danışmır ki, 2018-ci ildə, Paşinyanın hakimiyyəti dövründə, Naxçıvan qanadındakı Vayots Dzorda minlərlə hektar ərazi itirdik. Həm də bu əraziləri döyüş olmadan itirmişik. Bəs niyə bu barədə danışmırıq? Necə oldu ki, Türk mövqeləri nə bilim harada olduğu bir halda, Areni kəndi rəqibin hədəfi altına düşdü?”, - deyə erməni polkovnik bildirib.
Onun sözlərinə görə, Azərbaycan hərbi əməliyyatlara hazırlaşır.
“Məncə yaxın 3-4 ay ərzində Azərbaycan trəfindən hərbi əməliyyatlara başlanıla bilər. Hərbi əməliyyatların əsas hissəsi Naxçıvan qanadında aparılacaq. Bu iki məsələ ilə bağlıdır. Birincisi, rusların Naxçıvanı müharibəyə sürükləməsi və sonradan onu azad etməsi üçün təxribat, bununla da məqsəd buradan Şimal-Cənub yolunun keçməsi və dəmir yolunun işləməsidir. İkincisi, bu Rusiya Federasiyasının planlarına daxil deyilsə, o zaman Ermənistanı məhv etmək məsələsi qarşıya qoyulub və Türkiyənin Ermənistana qoşun yeritməyə çalışacağı istisna edilmir”, - deyə erməni polkovnik bildirib.
O, Rusiyanın Gümrüdəki hərbi bazanı boş yerə gücləndirmədiyini də qeyd edir: “Bəzi axmaq insanlar isə bunun bizə lazım olmadığını deyirlər. Əgər rus qoşunlarını Ermənistandan çıxarsalar, Azərbaycan ordusu 2 saat ərzində İrəvanın mərkəzinə çatacaq”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət