Dərc edildi: Baxış sayı: 511
Erməni politoloq: “Qarabağ məsələsi çoxdan beynəlxalq konfliktə çevrilib”
“Qarabağ məsələsi çoxdan beynəlxalq konfliktə çevrilib”.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Qarabağ münaqişəsinin regional kontekstinə toxunarkən erməni politoloq Alen Qevondyan deyib.
O qeyd edib ki, xarici təzyiq impulsları mütəmadi şəkildə olub və bu təzyiq impulsları yeni formalaşmayıb.
“Bir çoxları üçün başa düşüləndir ki, cənubdakı bəzi konyukturalar nəzərə alınmaqla Qarabağ probleminin həllində həyati təsir göstərən halqlardan biri Rusiyadır. Bəziləri hesab edir ki, Birləşmiş Ştatlar tərəfindən hansısa mərhələ aktivliyi baş verir. Əlbəttə, digər tərəfdaşlar Fransa və Rusiya ilə müzakirə edərək hansısa sınaq proseslərinə başlamağa çalışır”, - deyə o qeyd edib.
Erməni politoloq həmçinin qeyd edib ki, Qarabağ məsələsini yerli və daha geniş kontekstdə müşahidə etmək olar.
“Yerli kəsinti ilə biz azərbaycanlılarla hansısa dil tapmalıyıq, daha yüksək kontekstdə isə bu dil digər daha böyük oyunçuların siyasəti altında legitim olmalıdır”, - deyə o qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət