Slimfit
  1. DÜNYA

Erməni politoloq: “Ermənistan hakimiyyətinin reytinqi daha da düşəcək”

Erməni politoloq: “Ermənistan hakimiyyətinin reytinqi daha da düşəcək”
Sakura

Erməni politoloq: “Ermənistan hakimiyyətinin reytinqi daha da düşəcək”

Ermənistan Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyan Üçmüədzin Müqəddəs Ana Kürsüsündə Milad bayramı mərasimində Ermənistan Baş naziri, parlamentin sədri və digər dövlət rəsmilərinin yanında dayanıb.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, erməni politoloq Stepan Qriqoryan bu məsələdə təəccübünü gizlətməyib.

Qriqoryan bildirib ki, Hrayr Tovmasyanı kimin dəvət etməsindən, bunun nə ilə əlaqədar olmasından xəbərsizdir və bunu dövlət rəsmilərindən soruşmaq lazımdır.

“Düzünü desəm, mən şokda idim, gizlətmək istəmirəm. Bu, mənim üçün də çox təəccüblü idi. Formal nöqteyi-nəzərdən biz deyə bilərik ki, o, Konstitusiya Məhkəməsinin sədridir və s. Lakin həmin Baş nazir, həmin hakim partiya dəfələrlə deyib ki, bu, Konstitusiya Məhkəməsi deyil, keçmişdən qalmış Konstitusiya Məhkəməsidir, dəyişdirilməlidir. Konstitusiya Məhkəməsinin üzvlərinə təqaüdə çıxmaq təklif olunur və s. Buna görə də, bəli, məntiqli deyildi və əminəm ki, bu, cəmiyyətimizə xoş gəlməyib. Üstəlik deyim ki, hakimiyyətin reytinqi daha da düşəcək, halbuki bizim həll olunması vacib olan digər məsələlərimiz var”,- deyə erməni politoloq qeyd edib.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kaliforniya, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR