Slimfit
  1. AZƏRBAYCAN

Erməni nazir Qarabağ üçün “Lavrov planı”ndan danışdı

Erməni nazir Qarabağ üçün “Lavrov planı”ndan danışdı
Sakura

Erməni nazir Qarabağ üçün “Lavrov planı”ndan danışdı

Hazırda Ermənistan və Azərbaycan arasında hansısa sənəd müzakirə edilmir.

Axar.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan jurnalistlərin “Lavrov planı yenidən Qarabağ danışıqlarında masaya gətirilə bilərmi” sualını cavablandırarkən deyib.

O, Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovla baş tutacaq növbəti görüşü barədə dəqiq məlumat verə bilməyəcəyini bildirib. Ermənistan XİN rəhbəri hazırda tərəflər arasında növbəti görüşün təşkili barədə həmsədrlərlə də müzakirələrin aparıldığını və görüş üçün fərqli tarixlər, eləcə də məkanların nəzərdən keçirildiyini bildirib.

Qeyd edək ki, Elmar Məmmədyarov Moskva görüşündən dərhal sonra yaydığı açıqlamada iki ölkənin XİN rəhbəri arasında növbəti görüşün Vaşinqtonda baş tuta biləcəyini söyləmişdi. Onun bu açıqlaması İrəvanda ciddi təşviş yaratmışdı.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR